Accessibility links

Lloyd Austin: ABŞ Ukraynanın uğursuzluğa uğramasına imkan verməyəcək


Lloyd Austin: ABŞ Ukraynanın uğursuzluğa uğramasına imkan verməyəcək
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Müdafiə naziri Lloyd Austin bildirib ki, ABŞ Konqresinin Ukraynaya əlavə yardımı təsdiq etməməsinə baxmayaraq, Birləşmiş Ştatlar Ukraynanı Rusiyanın təcavüzünə qarşı mübarizədə resurslarla təmin etmək öhdəliyinə sadiq qalır. Almaniyanın Ramşteyn hərbi hava bazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun aylıq iclasına sədrlik edən Austin deyib ki, Birləşmiş Ştatlar və azad dünya “Ukraynanın uğursuzluğa uğramasına imkan verməyəcək”.

Bu, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun bu il üz-üzə keçirdiyi ilk görüşü idi və müdafiə naziri Lloyd Astin Ukraynanın uğursuzluğuna yol verməmək üçün çox vacib olduğunu açıq şəkildə bildirdi.

ABŞ müdafiə naziri Lloyd Astin: “Bu gün Ukraynanın sağ qalması təhlükə altındadır və Amerikanın təhlükəsizliyi risk altındadır. Onların itirməyə bir günü belə yoxdur, nə də bizim”.

Lakin təhlilçilər ABŞ Konqresinin hələ də Ukraynaya yeni yardımı təsdiq etmədiyinə görə Astinin auditoriyasının çox güman ki, bunlara şübhə ilə yanaşdığını deyirlər.

Təqaüddə olan ordu polkovniki Mayls Keqqins Vaşinqtonda qəragahlanan New Lines İnstitutunun elmiş işçisidir.

“Maliyyə bitib. Ukrayna hələ də Rusiya qüvvələrini şərq ərazisindən çıxarmağa çalışır və belə görünür ki, taktiki çıxılmaz vəziyyət yaranıb,” o bildirir.

Pentaqonun Ukrayna üçün maliyyəsinin tükəndiyi və Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının maliyyələşdirməyə dair qanun layihəsini səsverməyə çıxaracağına dair heç bir əlamət olmadığı halda yüksək səviyyəli müdafiə rəsmiləri deyirlər ki, müttəfiqlərin ABŞ-ın dəstəyinin çatışmazlığını kompensasiya etmək üçün qüvvələrini birləşdirə bilməyəcək, xüsusilə də Rusiyanın hücumlarını artırdığı bir vaxtda.

“Bu, Rusiyanın intensiv hücumlarını dəf edən adi müharibə deyil. Bu, Ukraynanın partizan müharibəsi idi”.

Bu sözləri “Müharibənin Yeni Qaydaları” kitabının müəllifi Şen MakFeyt deyir. Onun kimi tənqidçilər beynəlxalq ictimaiyyətin bu günün çağırışları üçün qeyri-adekvat olan bahalı hərbi silahlara həddən artıq çox pul yatırdığını deyirlər.

Sirakuz Universitetinin təhlilçisi Şen Makfeyt: “Onlara daha çox adi döyüş silahları vermək, eyni şeyi edərək fərqli nəticə gözləmək strateji mənada ağılsızlıqdır. Ona görə də hesab edirəm ki, Ukraynanın Rusiyaya qarşı heç vaxt qalib gələ bilməyəcəyi adi müharibə strategiyası haqqında düşünməyi dayandırmağın və öz güvvələrini gücləndirə biləcək qeyri-ənənəvi yollar haqqında düşünməyin vaxtı çatıb”.

Qərb liderləri, o cümlədən müdafiə naziri Austin Ukraynaya təchizat verilməməsinin Qərbin Ukraynaya dəstəyini geridə qoymağa çalışan Rusiyanın işinə yarayacağından narahatlıqlarını bildiriblər.

MakFeyt deyir ki, partizan qüvvələri Rusiya qüvvələrinin müqavimətini qırmaq üçün döyüşdüyü zaman ukraynalılar xətti saxlamaq üçün bəzi adi qüvvələrdən istifadə etməlidir.

Forum

XS
SM
MD
LG