Accessibility links

“Azərbaycan və Rusiya terrorçuluğa qarşı birgə səylərini davam etdirəcək”, Prezidnetlər telefonla danışıb


Vladimir Putin və İlham Əliyev (Arxiv foto. Foto Rusiya prezidentinin rəısmi saytınındır)
Vladimir Putin və İlham Əliyev (Arxiv foto. Foto Rusiya prezidentinin rəısmi saytınındır)

Martın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, dövlət başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün yaralananların tezliklə sağalmasını arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəsinin və xalqının bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.

Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.

Rusiya Prezientinin rəsmi internet saytında yayılan məlumatda isə deyilir ki, Prezident İlham Əliyev ümumxalq hüzn günündə Azərbaycanın bütün sakinlərinin Rusiya xalqı ilə həmrəy olduğunu vurğulayıb və cinayətkarların və onların arxasında duranların qaçılmaz ağır cəzaya məruz qalacağına əminliyini bildirib.

Vladimir Putin öz növbəsində dəstək sözlərinə görə təşəkkür edib və iki dövlətin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda əməli qarşılıqlı fəaliyyəti daha da gücləndirməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, martın 22-də bir qrup şəxs Moskvada Crocus City Hall konsert zalına daxil olaraq insanlara atəş açıb. Salonda yanğın baş verib. Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, terror aktı nəticəsində 133 nəfər həlak olub.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə isə 154 nəfər müxtəlif dərcəli xəsarət alıb.

Rusiya Prezidenti martın 24-nü ölkədə ümumxalq hüzn günü elan edib.

Forum

XS
SM
MD
LG