Accessibility links

Polşa hava məkanının pozulmasına görə Rusiyadan izahat tələb edir


Polşa bildirib ki, Rusiya raketi Ukraynaya qayıtmazdan əvvəl bazar günü səhər NATO ölkəsinin hava məkanını təxminən 2 kilometr pozduqdan sonra Rusiyadan “hava məkanının yeni pozuntusunu” izah etməyi tələb edəcək.

"Polşa hava məkanı gecə Rusiya Federasiyasının hava qüvvələri tərəfindən atılan qanadlı raketlərdən biri ilə pozulub" deyən ordu əvvəllər Twitter kimi tanınan X-də "Obyekt Polşa hava məkanın;n Oserdov kəndi üzərində uçub və 39 saniyə orada qalıb. Hər şeydən əvvəl biz Rusiya Federasiyasından Ukrayna əhalisinə və ərazisinə qarşı terrorçu hava hücumlarına son qoymasını, müharibəni dayandırmasını və diqqəti ölkənin daxili problemlərinə yönəltməsini xahiş edirik", Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski Reuters-ə bildirib.

Bu arada Ukrayna bildirib ki, Rusiya son dörd gündə bu ölkəyə üçüncü irimiqyaslı raket hücumu həyata keçirib və ikinci dəfə Kyivi hədəf alıb. Associated Press agentliyi Kyivdə hava xəbərdarlığının iki saatdan çox davam etdiyini bildirib.

Rusiya rəsmiləri bildiriblər ki, şənbə günü Rusiya Krımda Sevastopol üzərində Ukraynaya məxsus 10 raketi vurub və Baxmut yaxınlığındakı kəndi ələ keçirib.

Ukrayna sursat çatışmazlığından əziyyət çəkdiyi üçün Rusiya Ukraynanın şərqində cəbhə xəttində bir neçə kəndi ələ keçirib.

Şənbə günü Rusiya Müdafiə Nazirliyi İvanivske kəndini ələ keçirdiyini bildirib. Yaxınlıqda Çasiv Yar şəhəri, ondan kənarda isə Kramatorsk şəhəri yerləşir.

Quru müharibəsi yavaş-yavaş irəliləsə də, iki ordu hava hücumlarını davam etdirir. Ukrayna Hərbi Hava Qüvvələri şənbə günü bildirib ki, ölkə Rusiyanın Ukraynanın enerji infrastrukturuna kütləvi hücumundan sağalmağa davam edərkən, Ukrayna qüvvələri cümə günündən şənbə gününə keçən gecə Rusiya tərəfindən atılan 34 hücum dronundan 31-ni vurub.

“Pilotsuz təyyarələr Ukraynanın mərkəzi, cənub və cənub-şərqinin bəzi hissələri üzərində vurulub”, ölkə ordusu bildirib.

Rəsmilər şənbə günü bildiriblər ki, Moskva Kyivin müharibənin ölkənin elektrik şəbəkəsinə ən böyük hücumu olduğunu dediyi hücuma başlamasından bir gün sonra enerji işçiləri bəzi ukraynalıların elektrik enerjisini bərpa etmək üçün hələ də çalışırlar.

Rusiyanın hücumu nəticəsində ən azı 5 nəfər həlak olub, 1 milyondan çox insan işıqsız qalıb.


Forum

XS
SM
MD
LG