Accessibility links

Qərb dekarbonizasiyaya dair çağırışlar fonunda Rusiyanın nüvə yanacağından asılıdır


Qərb dekarbonizasiyaya dair çağırışlar fonunda Rusiyanın nüvə yanacağından asılıdır
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun təhlilinin nəticələri göstərir ki, bir çox Qərb ölkəsi, 2022-ci idlə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Kremllə iqtisadi əlaqələri kəsmək səylərinə rəğmən, reaktorlarını işə salmaq üçün Rusiyanın nüvə yanacağından asılıdır.

Fransanın 56 nüvə reaktoru var və onlar ölkənin elektrik enerjisinin təxminən üçdə ikisini istehsal edirlər.

Londonda qərargahlanan Kral Birləşmiş Xidmətlər İnsitutunun (RUSI) hesabatına əsasən, Fransa həm də həmin rekatorları işə salmaq üçün lazım olan zənginləşdirilmiş uran üçün Rusiyanın ən böyük müştərilərindən biridir. Beyin mərkəzinin hesabatında deyilir ki, Rusiya ilə iqtisadi əlaqələri kəsmək tədbirlərinə baxmayaraq, bir neçə Qərb ölkəsi reaktorlarını işə salmaq üçün hələ də Rusiyanın nüvə enerjisindən asılıdır.

“Rusiyadan Fransaya zənginləşdirilmiş uran idxalı 2022-ci ilin əvvəlindən bəri əhəmiyyətli dərəcədə artıb. Yəni, həcmdə təxminən 184% artım olub,” Kral Birləşmiş Xidmətlər İnsitutunundan Darya Dolzikova deyir.

Fransanın elektrik enerjisi şirkəti EDF hətta Almaniyada uranın istehsalı üçün Rusiyanın dövlətə məxsus Rosatom şirkəti ilə ortaq müəssisə qurmağı planlaşdırır.

Fransa tək deyil. RUSI-nin hesabatında Rusiya uranının ABŞ, Almaniya və Hollandiyaya ixracı haqqında ətraflı məlumatlar yer alır.

“Rusiya hələ də dünya boyu zəngimləşdirilmiş uran və zəngiləşdirmə xidmətlərinin ən böyük ixracatçısıdır. Yəni, qlobal miqyasda bütün zənginləşdirmə xidmətlərinin ümumi tutumunun 44 faizi onlara məxsusdur,”Dolzikova deyir.

Nüvə enerjisinə qlobal həvəs Yaponiyada 2011-ci ildə Fukuşima reaktorunda nüvə yanacağının əriməsindən sonra azalıb.

Ancaq ölkələr karbon emissiyalarını azaltmağa çalışdığı bir vaxtda, bir çoxları bunu yenidən nəzərdən keçirir. Ötən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin Brüsseldə görüşündə bir neçə lider nüvə enerjisinə yenidən sərmayə qoymağa çağırıb.

“Təchizat zəncirlərini mümkün qədər tez uyğunlaşdırmaq, həm də orada Rusiya təchizatı ilə əlaqəni kəsmək. Amma biz hər şeyi balanslaşdırmalıyıq. Demək istəyirəm ki, müəyyən mənada karbonsuzlaşmaq istəyirsinizsə, karbon dioksid istehsalını azaltmaq istəyirsinizsə, atom elektrik stansiyalarımızın davam edə biləcəyindən əmin olmalıyıq,” Belçika Baş naziri Aleksandr de Kru deyib.

RUSI təxmin edir ki, Rusiya 2023-cü ildə 2,7 milyard dollar dəyərində zənginləşdirilmiş uran satıb.

Hesabatda deyilir ki, Çinə ixraclar artıb. Bu da Pekinin Çindən zənginləşdirilmiş uran tədarükünün daha çox ixracını asanlaşdırmaq üçün Rusiyadan zənginləşdirilmiş uranı idxal edə biləcəyinə dair şübhələri artırır. Buna da "yer dəyişdirmə" deyilir.

“Sanksiyalar – və ya hər hansı məhdudiyyətlər – çoxtərəfli olmalıdır. Əks təqirdə güman edirəm ki, zənginləşdirilmiş uran tədarük zəncirlərinin və yanacaq tədarükü zəncirlərinin mürəkkəbliyi səbəbilə, Rusiya Qərb bazarlarına daxil olmağa davam etmək üçün məhdudiyyətlər divarı arasında ən zəif həlqəni tapacaq,” Dolzikova deyir.

Qərb ölkələri nüvə enerjilərini artırmağa çalışır. Nüvə sənayesi hesabatlarına görə, Fransa Trikastendəki bu obyektdə uranın zənginləşdirilməsi gücünü 30%-dən çox artırır.

Amerikanın Westinghouse və Ukraynanın Energoatom şirkətləri Şərqi Avropadakı keçmiş sovet reakstolarını İsveçdəki obyektdən təchiz edə biləcək nüvə yanacağı istehsal etməyə başlayıblar.

RUSI-dən Dolzikova deyir ki, Qərbin Rusiyanın nüvə yanacağndan asılılığına son qoyması ən azından iki il çəkəcək.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG