Accessibility links

Rusiya Ukraynanın enerji infrastrukturuna hava zərbələrini davam etdirir


UKRAINE-CRISIS/POWER-IMPORTS
UKRAINE-CRISIS/POWER-IMPORTS

Rusiyanın bazar günü Ukraynanın enerji infrastrukturuna hava hücumlarını intensivləşdirməyə davam etməsi nəticəsində iki nəfər həlak olub və elektrik stansiyalarına təmiri aylarla davam edə biləcək ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiya qüvvələrinin ötən gecə Ukrayna ərazisinə 16 raket və 11 dron atdığını atdığını bildirib.

Telegram kanalında yerləşdirilən məlumata əsasən, Ukrayna Hərbi Hava Qüvvələri 9 dron və 9 raketi vurublar.

Rusiya bir həftədən artıqdır Ukraynanın enerji obyektlərinə qarşı hava zərbələrini intensivləşdirir.

Ukraynanın Odesa vilayətinin qubernatoru Oleq Kiper bildirib ki, vilayətdə Rusiyaya məxsus dronun qalıqlarının enerji obyektinə düşməsi nəticəsində yanğından sonra bazar günü yüz minlərlə insan işıqsız qalıb.

Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK-in məlumatına görə, hücum nəticəsində 170 minə yaxın evə elektrik enerjisinin verilməsi kəsilib.

DTEK şənbə günü bildirib ki, şirkətin altı zavodundan beşi zədələnib və ya dağıdılıb, istehsal gücünün 80 faizi itirilib və obyektlərin təmiri 18 aya qədər çəkə bilər.

Rusiya qüvvələrin bir həftədən artıqdır Ukraynanın enerji obyektlərinə qarşı hava hücumlarını intensivləşdirərək, obyektlərə ciddi zərər vurub. Bu hücumlar ukraynalıları genişmiqyaslı müharibənin ilk qışında elektrik enerjisinin kəsilməsinin təkrarlanması təhlükəsi qarşısında qoyur.

Bu arada, Lviv vilayətinin hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bazar günü Rusiyanın Lviv vilayətinə endirdiyi zərbələr nəticəsində bir nəfərin həlak olduğunu bildirib. Onun sözlərinə görə, dağıntılar altında hələ də insanlar ola bilər.

Ukraynanın enerji operatoru Ukrenerqo Rusiya qüvvələrinin ölkənin cənubunda yüksək gərginlikli obyektlərə zərbələr endirməsi nəticəsində Odesa və yaxın ərazilərdə işıqların kəsildiyini bildirib.

“Rusiya terrorunun həyatımızı məhv etməyə çalışmadığı nə bir gecə, nə də bir gün var. Amma biz özümüzü müdafiə edirik, dözürük, ruhumuz təslim olmur və bilir ki, ölümdən qaçmaq olar. Həyat qalib gələ bilər,” Ukrayna prezidenti Volodimir Zelenski Pasxa münasibətilə bazar günü sosial şəbəkələrdə yazdığı mesajda bildirib.

Forum

XS
SM
MD
LG