Accessibility links

Sərhədsiz Reportyorlar Azərbaycanda jurnalistlərin həbsini pisləyən bəyanat yayıb


Toplum TV-nin ofisində axtarış
Toplum TV-nin ofisində axtarış

"Sərhədsiz Reportyorlar" (RSF) mətbuatı beynəlxalq müdafiə təşkilatı Azərbaycanda daha beş jurnalistin "uydurma xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılmasını qınayıb.

“Toplum TV Azərbaycanda jurnalistlərə qarşı repressiyaların daha bir qurbanıdır. Bu xəbər kanalının beş jurnalistini beş ildən səkkiz ilədək həbs cəzası gözləyir”, qurumun bəyanatında deyilir.

"Sərhədsiz Reportyorlar" xarici valyuta qaçaqmalçılığı ittihamı ilə yeni həbsləri pisləyir və “korrupsiya hadisələri haqqında məlumat verən jurnalistləri dərhal azad etməyə çağırır", bəyanatda bildirilir.

“Evindən guya 7200 avro tapılan və martın 8-dən həbsdə olan kanalın təsisçisi Ələsgər Məmmədlinin həbs müddəti dörd ay uzadılıb. Məmmədlinin başlanğıc mərhələdə xərçəng xəstəliyi var və çox müntəzəm müalicəyə ehtiyacı var”, sənəddə qeyd edilir.

Təşkilat bildirir ki, martın 6-da polis tərəfindən Toplum TV kanalının redaksiyasında axtarış aparıldıgı tarixdən jurnalistlər İlkin Əmrahov və Müşfiq Cabbarov da dəmir barmaqlıqlar arxasındadır. Polis nəzarətinə buraxılan, polisin guya evlərində 3100 avro aşkar etdiyi Elmir Abbasovu və Fərid İsmayılovu da "xarici valyuta qaçaqmalçılığına" görə beş ildən səkkiz ilədək həbs cəzası gözləyir.

“Bu, 2023-cü ilin noyabrında artıq Abzas Media-nın jurnalistlərinə qarşı istifadə olunmuş məşhur bəhanədir. Bu KİV-in nümayəndələri polisi onları həbs etmək üçün pulu qəsdən onların üzərinə qoymaqda ittiham ediblər. Hakimiyyətin məqsədi aydındır: vətəndaş cəmiyyətini təcrid etmək və istənilən fərqli düşüncəni boğmaq. Prezident İlham Əliyev plüralizmin bütün formalarını məhv edərək, müstəqil KİV-ləri rəsmi diskursa uyğunlaşdırır”, bəyanatda qeyd edilir.

“RSF Azərbaycanın tərəfdaşlarını ölkədə mətbuat azadlığının vəziyyətinin kəskin pisləşməsinə göz yummağa son qoymağa və müvafiq şəkildə hərəkət etməyə çağırır" - deyə, RSF-in Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.

Təşkilatın bəyantında deilir ki, martın 6-da Toplum TV-nin redaksiyasına polis reydi Almaniyanın SWR televiziyasının bu nəşrin baş redaktoru Xədicə İsmayılın iştirakı ilə Azərbaycanın neft-qaz sektorunda korrupsiya haqqında reportaj yayımlanmasından cəmi bir neçə saat sonra həyata keçirilib.

"O, 2014-cü ildə öz araşdırmalarına görə artıq il yarımdan çox həbsdə saxlanılıb. Bu dəfə o, redaksiyada olmayıb və həbs olunmayıb, lakin bir neçə dəfə dindirilməyə çağırılıb və Azərbaycanı tərk etməsi qadağan olunub", bəyanatda deyilir.

Təşkilat həmçinin bildirir ki, polis reydindən sonra Toplum TV üçün işləyən, lakin jurnalist olmayan ən az üç nəfər həbs olunub. KİV-in direktoru Ələsgər Məmmədlinin qohumu Aydın Əliyev isə Məmmədlinin həbsinin videogörüntülərini yaydığı üçün həkim-rentgenoloq kimi işlədiyi klinikadan işdən çıxarılıb.

"SWR-in reportajında Avropa İttifaqının Bakı ilə əməkdaşlıq etmək və 2027-ci ilə qədər Rusiya qazının yerinə Azərbaycan qazının satınalmalarını iki dəfə artırmaq niyyəti fonunda ölkənin neft-qaz sektorunda korrupsiyanın geniş yayılmasından, eyni zamanda, Azərbaycanın qaz sənayesinin rəhbərlərinin 2017-ci ildə avtomobilin partlaması nəticəsində həlak olan Maltalı jurnalist Dafne Karuana Qalitsiyanın qətli ilə əlaqəsi olduğundan bəhs edilir", bəyanatda qeyd edilir.

Təşkilat bildirir ki, Toplum TV son altı ayda hakim rejimin qurbanına çevrilən sayca üçüncü müstəqil KİV-dir. Ötən ilin noyabrında Abzas Media-nın, dekabr ayında isə Kanal-13-ün bir sıra işçiləri həbs olunub.

Bəyanatda qeyd edilir ki, eyni zamanda, iki digər jurnalist - Turan İnformasiya Agentliyinin və JAMNews xəbər saytının əməkdaşları həbs olunub.

“Hakim dairələr böhtan kampaniyaları təşkil edir, müstəqil KİV-lərin və onları müdafiə edənlərin, xüsusən də RSF-nin ABŞ, Fransa və Qərbin təsir orqanları, "Azərbaycanofobiyanın" ifadəçiləri olduğu haqqında iddialar səsləndirirlər”, bəyanatda qeyd edilir.

Öz növbəsində, rəsmi Bakı RSF-nin bu bəyanatına hələ şərh verməyib.

Bununla yanaşı, ölkə rəsmiləri beynəlxalq və yerli tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəhbərləri ölkədə fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini, hökumətin mediaya daim qayğı göstərdiyini bildirir.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG