Accessibility links

Qəzza ilə bağlı qəzəb fonunda Bayden Amerika müsəlman icmasının liderləri üçün Ramazan tədbirinə ev sahibliyi edib


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı Amerikadakı müsəlman icmasının liderləri ilə görüşüb. Görüş Bayden administrasiyasının İsrailə Qəzzada HƏMAS-la müharibəsində dəstək verməsi fonunda müsəlman və ərəb-amerikalılar arasında narazılıq hissinin yüksək olduğu vaxta təsadüf edib.

Ağ Ev rəsmisi tədbirdən öncə Amerikanın Səsinə göndərdiyi açıqlamada görüşü müsəlman icmasını şərəfləndirmək ənənəsinin davamı kimi qiymətləndirib.

“Ramazan dönəmində müsəlman icmasını şərəfləndirmək ənənəsini davam etdirərək Prezident Bayden müsəlman icmasının liderləri ilə icma üçün önəm daşıyan məsələləri müzakirə etmək məqsədilə görüşəcək,” açıqlamada deyilib.

Fələstinli-amerikalı həkim çərşənbə axşamı baş tutan görüşü ortada tərk edib. Müxbirlərlə danışan Dr. Thaer Əhməd bu addımda məqsədinin ABŞ administrasiyasının Qəzza ilə bağlı siyasətinə etiraz etmək olduğunu aydın edib.

“Mən canlı şahidi olduğum durumu çatdırmaq istəyirdim,” deyə həkim Milli İctimai Radionun (NPR) Ağ Ev müxbiri Asma Xalidə bildirib. O, oktyabrın 7-dən bəri Qəzzada həkim qismində fəaliyyət göstərdiyini və Prezident Baydenə Rəfahda yaşayan fələstinli qızdan məktub ötürdüyünü bildirib.

Görüşün ardınca Ağ Ev rəsmisi CNN-ə deyib ki, "Prezident Bayden və Vitse Prezident Kamala Harris bunun müsəlman və ərəb icmaları üçün olduqca ağrılı məqam olduğunu bilir". Həmin rəsminin sözlərinə görə, Bayden "bu münaqişədə itirlmiş hər bir günahsız həyat üçün matəm tutur."

Əvvəlki illərdən fərqli olaraq Amerikanın müsəlman liderləri Ağ Evdə iftar məclisinə qatılmayıblar. Ağ Evin sözçüsü Karine Jean-Pierre deyib ki, liderlər əvəzində “işçi qrupu görüşü”nün keçirilməsini xahiş ediblər.

Ağ Evin və Bayden kampaniyasının təşkil etdiyi bir sıra təbirlər fələstinlilərin mövqeyini dəstəkləyən nümayişçilər tərəfindən pozulub. Onun bəzi tərəfdarları, o cümlədən müsəlman və ərəb-amerikalılar qəzəblərini ifadə ediblər. Yüz minlərlə seçici Demokratların bir sıra ştatlarda keçirdiyi ilkin seçkilərdə Co Baydeni dəstəkləməkdən imtina ediblər.

Pew araşdrımalar mərkəzinin keçirdiyi rəy sorğularında Amerika müsəlmanlarının cəmi 36 faizi Baydenə müsbət yanaşdığını bildirib. Həmin sorğuda yalnız 6 faiz ABŞ-ın İsrail və fələstinlilər arasında düzgün balans qurduğunu hesab edir. 60 faiz rəyi sorşuşulanlar hesab etdiyini bildirib ki, Bayden daha çox İsrailin tərəfini tutur.

Baydenin Amerika müsəlmanları ilə görüşü yeddi yardım işçisinin İsrailin Qəzzada endiriyi hava zərbəsi nəticəsinə həlak olmasından sönraya təsadüf edir.

Bayden çərşənbə axşamı yaydğı bəyanatda Dünya Mərkəzi Mətbəxinin əməkdaşlarının həlak olduğu hücumdan qəzəbləndiyini və sarsıldığını bildirib. İsrail hərbçiləri hava zərbəsini “ağır səhv” adlandırıblar.

Forum

XS
SM
MD
LG