Accessibility links

İranda casusluq ittihamı ilə həbs edilən 4 təbiət mühafizəçisi azad edilib


Yerli medianın bildirdiyinə, İranda nəsli kəsilməkdə olan Asiya çitalarının xilası üçün çalışan və casusluqda ittiham olunaraq beş il həbsə məhkum edilən dörd mühafizəçi azad edilib.

Tehranın “Etemad” qəzeti səlahiyyətlilərin 2019-cu ildə casusluq ittihamı ilə məhkum və beynəlxalq səviyyədə tənqid edilən beş fəaldan ibarət qrupun üzvləri - Nilüfər Bayani və Human Covkarın bazar ertəsi gecə azad edildiyini yazıb. Çərşənbə axşamı bir neçə İran mediası, o cümlədən yarı-rəsmi ILNA xəbər agentliyi Sepideh Kaşani və Taher Qardirian adlı digər iki təbiət mühafizəçinin də azad edildiyini bildirib.

Dörd nəfər müsəlmanların müqəddəs Ramazan ayının bitməsini qeyd edilən Fitr bayramı münasibətilə əfv edilən 2000-dən çox məhbus arasındadır.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı bazar ertəsi günü qeyri-kommersiya Fars Vəhşi Təbiət İrsi Fondunun üzvləri olan Bayani və Covkarın azad edilməsini alqışlayıb.

İran hakimiyyəti qrupun digər üzvü Sem Rəcəbini 2023-cü ildə azad edib. Mühafizəçilər Fars Vəhşi Təbiət İrsi Fondunun 64 yaşlı qurucusu Kavous Seyed-Emami ilə birlikdə 2018-ci ildə həbs edilib.

İran Kanadanınikili vətəndaşı Seyid-Emami məhkəməni gözləyərkən mübahisəli şəraitdə dünyasını dəyişib. Bayani 2019-cu ildə 10 il, digərləri isə casusluq ittihamı ilə 6 ildən 8 ilədək azadlıqdan məhrum edilib.

Qeyri-kommersiya təşkilatı Fars Vəhşi Təbiət İrsi Fondunun üzvlərinə qarşı iddia hökumətin tətbiq etdiyi internetin bağlanması fonunda etirazlar və iğtişaşların İranı çalxaladığı bir vaxt baş verib.

Forum

XS
SM
MD
LG