Accessibility links

Azərbaycan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək


Ceyhun Bayramov (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

Azərbyacan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində nazir Bayramovun aprelin 12-də Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

MDB-nin Baş katibi Sergey Lebedev bildirib ki, birlik ölkələrinin xarici işlər nazirlərinin aprelin 12-də Belarusun paytaxtında görüşü zamanı "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı bəyanat qəbul ediləcəyi gözlənilir.

"MDB-yə üzv dövlətlərin xarici işlər nazirlərinin BMT Baş Assambleyasında MDB-yə müşahidəçi statusunun verilməsinin 30-cu ildönümü ilə əlaqədar, habelə martın 22 -də Moskvada törədilmiş terror aktı ilə bağlı bəyanatların qəbul edilməsi planlaşdırılır", Lebedev RİA agentliyinə bildirib.

Onun sözlərinə görə, doqquz ölkə iclasda iştirakını təsdiqləyib.

"Ukrayna və Moldova MDB Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunmayacaq. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Minsk görüşündə iştirak etməyəcəyi məlum olub. Lakin Yerevanın ümumiyyətlə tədbirdə təmsil olunmayacağı barədə hələlik heç bir söhbət yoxdur", o qeyd edib.

Belarusun paytaxtında yuxarıda qeyd olunan mövzularla yanaşı, MDB-nin "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi" vahid yubiley medalının təsis edilməsi müzakirə olunacaq.

Lebedev deyib ki, hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin tədqiqi sahəsində, universitet idmanı sahəsində və məhkəmə sistemləri üçün kadrların hazırlanması və ixtisasartırma sahəsində baza təşkilatlarının yaradılması da müzakirə mövzularıdır.

Forum

XS
SM
MD
LG