Accessibility links

Qalib Toğrul: Qubad İbadoğlunun səhhəti ağır olaraq qalır


Qubad İbadoğlu
Qubad İbadoğlu

Həbsdə olan iqtisad elmləri doktoru Qubad İbadoğlunun qardaşı Qalib Toğrulun düdiyinə görə, İbadoğlunun səhhəti ağır olaraq qalır.

please wait

No media source currently available

0:00 0:01:45 0:00
Direct link

“Qubad bəyin qanda şəkəri çox yükəskdir. Sonuncu dəfə, iki gün öncə yeməkdən iki saat sonra həkim onun şəkərini ölçüb. Qanda şəkərin miqdarı 369 mq/dl olub. Bundan sonra qardaşımın şəkər xəstəliyi ilə bağlı həkim təyinatı dəyişib. Onun bir sıra dərmanları dəyişdirilib və müəyyən dərmanlar əlavə olunub. İndiyədək Qubad bəy 30 vahid insulin vururdu. Bütün bunlara baxmayaraq həbsxana, saxlanma şəraiti, stres, nevroz və digər təsirlər onda sinir uclarının zədələnməsinə (polineyropatiya) səbəb olub. Bununla bağlı da müalicəsi davam etdirilir. Ayaqlarında və əllərində yanma hiss edir. Bu da polineyropatiya (qollarda və ya ayaqlarda gücsüzlük, uyuşma, yanma) deyilən diabetik əsaslı xəstəliyin əlamətləridir”, Qalib Toğrul aprelin 12-də onunla telefon danışığından sonra Amerikanın Səsinə deyib.

Bununla yanaşı, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən İbadoğlunun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb. Bu idarənin müraciət üçün müəyyən edilmiş telefonuna cavab verən olmayıb.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG