Accessibility links

Güneyli siyasi məhbus Araz Əmanın zaminə buraxılmasına mane törədilir


Güneyli fəal Araz Əman
Güneyli fəal Araz Əman

Tehranın Evin İnqilab Məhkəməsinin məhkəmə orqanları 3 aya yaxın müddətdə həbsdə saxlanılan Araz Əmanın girov müqabilində müvəqqəti azadlığa buraxılmasının qarşısını alır.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydıqları xəbərə görə, Evin həbsxanasında həbsdə olan azərbaycanlı fəal Araz Əmanın müvəqqəti azadlığa buraxılması üçün 1 milyard tümənlik zəmanət nəzərdə tutulub, lakin məhkəmə orqanları siyasi məhbusun müvəqqəti azadlığa buraxılmasına mane olur.

Tehranın Evin həbsxanasının yaxınlığında yerləşən 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 5-ci istintaq şöbəsinin səlahiyyətliləri siyasi məhbusun ailəsi tərəfindən təmin edilmiş mülki zəmanəti qəbul etməkdən imtina edir.

Fevral ayının ilk həftəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən və hazırda 3 aya yaxın müddətinə Evin həbsxanasında saxlanılan milli fəallar Araz Əman, Ayaz Seyfxah və Bağır Hacızadənin məhkəmə iclası aprelin 16-da Evin İnqilab Məhkəməsinin prokurorluğunda keçirilib.

Mürtəza Pərvin, Hüseyn Piri, Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Kərəm Mərdanə, Araz Əman, Ayaz Seyfxah və Bağır Hacızadə fevral ayının ilk həftəsində həbs olunan, lakin indiyədək müvəqqəti azadlığa buraxılmalarına icazə verilməyən və Evin həbsxanasının 4-cü bölməsində saxlanılan fəallardır.

Fevral ayında həbs olunan fəallar, həm müvəqqəti azadlığa buraxılanlar, həm də həbsdə saxlanılanlar "sistemə qarşı təbliğat aparmaq" və "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbr olmaq" kimi ittihamlarla üzləşiblər.

Forum

XS
SM
MD
LG