Accessibility links

Rusiya dronları Ukraynanın Mikolaiv şəhərinə zərbələr endirib


Ukraynanın yerli qubernatoru iki ildən artıq davam edən müharibədə Kyiev qüvvələrinin döyüş sursatı çatışmazlığı problemi ilə üzləşməyə davam etdiyi bir vaxt Rusiya pilotsuz təyyarələrinin bazar günü səhər saatlarında Qara dənizin Mikolaiv şəhərinə zərbələr endirməsi nəticəsində otelin yandığını və enerji infrastrukturunun zədələndiyini bildirib.

Ukraynanın cənubunda Mikolaiv vilayətinin qubernatoru Vitali Kim bildirib ki, Rusiya pilotsuz təyyarələrinin paytaxtda eyniadlı otelə “ciddi ziyan vurması” nəticəsində baş vermiş yanğın sonradan söndürülüb. Kim həmçinin raket zərbəsinin şəhərdə istiliyi təmin edən infrastruktura zərər vurduğunu bildirib, lakin təfərrüatları açıqlamayıb. O əlavə edib ki, itki yoxdur.

Rusiyanın dövlətə məxsus RİA agentliyi Mikolaivdə raket zərbəsinin hərbi dəniz dronlarının yığıldığı gəmiqayırma zavodunu, həmçinin Kyiv tərəfində döyüşən “ingilisdilli muzdluların” yerləşdiyi oteli hədəf aldığını bildirib. RİA agentliyi bu barədə moskvayönlü yerli döyüşçülərin koordinatoru adlandırılan Sergey Lebedevin sözlərinə istinadən məlumat yayıb. Onun iddiasını müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Bazar günü səhər həmçinin Rusiya Müdafiə Nazirliyi ölkənin cənub-qərbindəki dörd bölgədə bir gecədə Ukraynanın 17 dronunun vurulduğunu bildirib. Qubernator Vladislav Şapşa bildirib ki, Ukrayna sərhədindən təxminən 230 kilometr şimalda yerləşən sənaye şəhəri Lyudinovoda neft anbarı yaxınlığında üç pilotsuz təyyarə ələ keçirilib.

Bazar günü qubernator Vyaçeslav Qladkov bildirib ki, Ukraynaya məxsus dronlardan birinin Rusiyanın cənubunda Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətində rabitə infrastrukturunu zədələdiyini bildlirib. Xəsarət alanlar barədə dərhal məlumat verilməyib.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın şənbə günü və gecə ərzində Ukraynanı atəşə tutması nəticəsində azı 7 mülki şəxs yaralanıb. Yerli administrasiya rəsmilərinin bildirdiyinə görə, bazar günü səhər şimal-şərqdə Xarkiv vilayətində Rusiya artilleriyasının evini dağıtdığı 36 yaşlı qadın dağıntılar altından sağ çıxarılıb. Administrasiya rəsmiləri onun xəsarət alan 52 yaşlı qonşusunun xəstəxanaya çatdırıldığını bildiriblər.

Donetsk və Xarkiv vilayətləri Rusiya qüvvələrinin 1000 kilometrdən artıq cəbhə xəttində mövqelərini möhkəmlətməyə çalışdığı, sursat çatışmazlığı probleminin isə Ukraynanın müdafiəsini getdikcə sarsıtdığı bir vaxt son həftələr şiddətli toqquşmalara səhnə olub.

Vaşinqtonda yerləşən analitik mərkəzin bildirdiyinə əsasən, Kyiv ABŞ-ın nəhəng yardım paketindən çox ehtiyac duyulan silahların cəbhəyə çatmasını gözlədiyi vaxt Rusiya qüvvələri “yaxın həftələrdə əhəmiyyətli üstünlüklər əldə edəcəklər”.

Müharibə Tədqiları İnstitutu özünün son qiymətləndirməsində bildirib ki, Moskva qüvvələrinin aylarla davam edən amansız döyüşdən sonra fevralın sonunda şərqdə tutduqları Avdiivka şəhəri ətrafında irəliləmək və Çasiv Yar yaxınlığında təhlükə yaratmaq imkanına malikdir. Onun ələ keçirilməsi Rusiyaya Ukraynanın şərqdə müdafiəsinin əsasını təşkil edən digər mühüm şəhərlərə hücum edə biləcəyi bu təpəyə nəzarəti təmin

edə bilər.

Buna baxmayaraq, analitik mərkəz Moskvanın bu səylərinin heç birinin Kyivin müdafiə xəttinin dağılmasına səbəb olmayacağını hesab edir.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü bazar günü Moskva qüvvələrinin Avdiivkadan təxminən 15 kilometr şimalda yerləşən kəndi ələ keçirdiyini təsdiqləyib. Həmin gün verilən qiymətləndirmədə Moskvanın əldə etdiyi nailiyyətlər “nisbətən sürətli, lakin hələ də nisbətən marjinal” kimi təsvir edilib və Rusiya qüvvələrinin əvvəlki həftəyə nisbətən 5 kilometrdən çox irəliləmədiyi əlavə edilib.

ABŞ prezidenti Co Bayden çərşənbə günü İsrail, Tayvan və digər qlobal qaynar nöqtələrə yardımı əhatə edən 95 milyard dollarlıq yardımı layihəsini imzalayarkən Ukraynaya dərhal çox ehtiyac duyulan silahların göndəriləcəyini bildirib.

Qanun layihəsinin imzalanması Ukraynaya təcili ehtiyac duyulan yardımla bağlı Konqresdə Respublikaçılarla uzun və gərgin mübarizəyə son qoydu. Prezident Bayden çərşənbə günü ABŞ silahlarının Ukraynaya bir neçə saat ərzində çatdırılmağa başlayacağına söz verib.

Forum

XS
SM
MD
LG