Accessibility links

Rusiya Qərbə Ukrayna münaqişəsində “birbaşa eskalasiya” əleyhinə xəbərdarlıq edib


Kreml Britaniya Xarici İşlər naziri Devid Kameron və Fransa Prezidenti Emmanuel Makronun ölkələrinin Ukraynanın Rusiya tərəfindən işğal edilən ərazilərinə hücumlarında birbaşa iştirak etmək ehtimalına dair şərhlərini “təhlükəli” kimi qiymətləndirib.

“Bu, Ukrayna münaqişəsi ətrafında gərginliyin birbaşa eskalasiyasıdır ki, bu, Avropanın təhlükəsizliyinə, Avropanın bütün təhlükəsizlik arxitekturasına potensial təhlükə yaradır,” Kreml sözçüsü Dmitri Peskov cümə günü mətbuat brifinqində bildirib.

“Biz rəsmi açıqlamalarda gərginliyin artdığına dair təhlükəli tendensiya görürük. Bu, naratlıq doğurur,” o deyib.

Həmçinin brifiqndə çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova deyib ki, “Bu ilk dəfədir ki, Qərb siyasətçisi dünya ölkələrinin əksəriyyəti üçün uzun müddətdir məlum olan sirri bu qədər səmimi şəkildə etiraf etdi: Qərb ukraynalıların əli ilə Rusiyaya qarşı gizli müharibə aparır.”

O əlavə edib ki, əgər Ukrayna Britaniya silahları ilə Rusiya ərazisinə zərbələr endirsə, Rusiya cavab verəcək.

Kameron cümə axşamı Kyivə səfəri zamanı Reuters-ə bildirib ki, Ukraynanın özünümüdafiə məqsədilə zərbə endirmək hüququ var. “Necə ki, Rusiya Ukraynanın daxilinə zərbələr endirir, Ukraynanın da nə üçün özünü müdafiə edə bildiyindən əmin olmağa ehtiyac duyduğunu başa düşə bilərsiniz,” o deyib.

Kameron “lazım olduğu qədər” Ukraynaya hər il 3 milyard funt dəyərində hərbi yardım verməyi vəd edib və cümə axşamı əlavə edib ki, Londonun silahlarının Rusiya daxilində istifadə olunmasına heç bir etirazı yoxdur.

Makron isə ayrı bir müsahibədə təkrar edib ki, o, Ukraynaya qoşun göndərməyi istisna etmir ki, Rusiya belə bir addımın münaqişə ətrafında gərginliyin birbaşa və təhlükəli şəkildə artmasına gətirib çıxaracağını deyib.

Sülhlə bağlı təkliflər

Zaxarova həmçinin deyib ki, Rusiya Ukraynanın mövcud “reallıqlar” və Moskvanın təhlükəsizlik narahatlıqlarına əsaslanan sülh təkliflərini “ciddi şəkildə” nəzərdən keçirməyə hazırdır. O həmçinin əlavə edib ki, Ukrayna gələcəkdə hərbi baxımdan neytral qalacağına söz verməlidir.

Moskvanın şərtləri Ukraynanın daha öncə bir neçə dəfə rədd etdiyi şərtlərlə eynidir.

Rusiya həmçinin cümə günü xəbərdarlıq edib ki, Ukrayna Krımı və ya Rusiyanı Qara Dənizdəki bu yarımadayla birləşdirən Krım Körpüsünə zərbə endirsə, o, “dağıdıcı qisas zərbəsi” ilə cavab verəcək.

“Krım körpüsü yenidən hədəfdədir,” Zaxarova birifinqdə deyib. “Ona hücuma hazırlıqlar, buna inanmaq çətin olsa da, açıq-aşkar şəkildə, nümayişkaranə cəsarətlə və kollektiv Qərbin mütləq birbaşa və həyasız dəstəyi ilə aparılır.”

Moskva bildirib ki, bu yaxınlarda ABŞ-dan MGM-140 Ordu Taktiki Raket Sistemi (ATACM) alan Ukrayna körpüyə 9 may günü və ya ərəfəsində hücum etməyi planlaşdırır.

Ukraynanın dəfələrlə hücum etdiyi Rusiyanın Qara Dəniz Donanması Krımda yerləşir.

Kyiv, daha öncə də Rusiya qoşunları və silahlarını daşımaq üçün istifadə olunan avtomobil və dəmir yolu körpüsünün tikintisini qanunsuz hesab etdiyini bildirib. Ukrayna Krımı geri almaq istədiyi deyir.

Rusiya Krımı 2014-cü ildən Ukraynadan ilhaq edib.

Krım 1783-cü ildən bəri Rusiya İmperiyasının, daha sonra isə Rusiya Spvet Sosialist Respublikasının bir hissəsi olub. Moskva 1954-cü ildə onu o vaxtı Ukrayna Sovet Sosialist Respublikasına hədiyyə edib.

Moskva indi həmin qərarın səhv olduğunu deyir.

Forum

XS
SM
MD
LG