Accessibility links

HƏMAS atəşkəs təklifini qəbul etdiyini deyir, İsrail şərh verməyib


İsrail ordusunun tankları Qəzza zolağı ilə sərhəd yaxınlığında mövqe tutub. 6 may, 2024. (AFP)
İsrail ordusunun tankları Qəzza zolağı ilə sərhəd yaxınlığında mövqe tutub. 6 may, 2024. (AFP)

HƏMAS İsraillə müharibəni dayandırmaq üçün atəşkəs təklifini qəbul etdiyini bildirib.

Fələstinli silahlı qruplaşma bazar ertəsi bəyanat yayaraq lideri İsmayıl Haniyənin Qətərin baş naziri və Misirin kəşfiyyat naziri ilə telefon danışığında bu xəbəri verdiyini bildirib.

Qahirədəki danışıq iştirakçıları döyüşləri müvəqqəti dayandırmağa və Qəzzada HƏMAS-ın hələ də saxladığı girovları azad etməyə çalışırlar.

İsraildən heç bir şərh və ya HƏMAS-ın nə ilə razılaşdığına dair təfərrüatlar yoxdur. İsrail rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, HƏMAS Misirin təklifinin İsrailin qəbul edə bilməyəcəyi ehtiyac duyulan nəticələri ehtiva edən “yumşaldılmış” variantı ilə razılaşıb.

Anonimlik şərti ilə danışan rəsmi deyib: "Bu, İsraili razılaşmadan imtina edən tərəf kimi göstərməyə yönəlmiş bir hiylə kimi görünür."

ABŞ Dövlət Departamenti HƏMAS-ın cavabını nəzərdən keçirdiyini bildirib.

HƏMAS-ın açıqlaması İsrailin Rəfahın şərq bölgələrində təxminən 100.000 adamın evlərini təxliyyə etməli və İsrailin Rəfahda planlaşdırılan hücumundan əvvəl Xan Yunisin də daxil olduğu genişləndirilmiş humanitar əraziyə getməli olduğunu bildirməsindən bir neçə saat sonra gəlib.

Bir qədər öncə sosial mediada ərəb dilində məlumat yerləşdirən İsrail Müdafiə Qüvvələrinin sözçüsü İsrail ordusunun Rəfahdakı terror təşkilatlarına qarşı güc tətbiq edəcəyini və ərazidə qalan hər kəsin öz həyatını riskə atacağını bildirib.

İsrail ordusunun sözçüsü ordunun Rəfahda "məhdud əhatəli əməliyyat" hazırladığını və təxminən 100 min insanın bölgəni tərk etməsini istənildiyini deyib.

İsrail Qəzza zolağında HƏMAS silahlı qruplaşmasını məhv etmək üçün hazırladığı kampaniyası zamanı əvvəllər də xəbərdarlıqlar edib. İsrailin Qəzzanın digər bölgələrini tərk etmələri barədə xəbərdarlığından sonra Rəfahdakı fələstinlilərin çoxu sığınacaq üçün oraya gedib.

Forum

XS
SM
MD
LG