Accessibility links

Azərbaycan hərbçiləri Türkiyədə “EFES-2024” və "Anadolu Ankası-2024" təlimlərində iştirak edir


Türkiyədə hərbi təlim (Mənbə: Türkiyə Milli Müdafiə Nazirliyi)
Türkiyədə hərbi təlim (Mənbə: Türkiyə Milli Müdafiə Nazirliyi)

Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edir. Bu “EFES-2024” və "Anadolu Ankası-2024" təlimləridir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, “EFES - 2024” təlimi 25 aprel-8 may və 9-30 may tarixləri olmaqla iki mərhələdə keçirilir.

“Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən çoxmillətli təlimdə 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyət iştirak edir”, məlumatda qeyd edilir.

Bundan başqa, Azərbaycan, Qətər, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında “Anadolu Ankası-2024” beynəlxalq təlimi keçirilir.

6-17 may tarixini əhatə edən təlimin məqsədi şəxsi heyətin xilasetmə əməliyyatları çərçivəsində komanda və idarəetmə prosesini sınaqdan keçirmək və təkmilləşdirmək, şəxsi heyətin xilasetmə əməliyyat qrupunun ünsürləri ilə döyüş şəraitində digər ölkələrlə qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, həmçinin əməkdaşlıq sahələrini müəyyən etməkdir.

Xatırladaq ki, Azərbaycan Silahl Qüvvələrinin hərbçiləri hər il Türkiyədə onlarla müxtəlif təyinatlı hərbi təlimlərdə iştirak edir.

Forum

XS
SM
MD
LG