Accessibility links

BMT Qəzzanın şimalında "tam qıtlıq" olduğunu bildirir. Bu nə deməkdir?


BMT-nin Ərzaq Proqramının başçısı deyir ki, İsraillə HƏMAS arasında yeddi aydır davam edən müharibədən sonra Qəzzanın şimalında “tam qıtlıq” yaşanır. Ancaq qıtlığa dair rəsmi bəyanın edilməsinin qarşısında siyasi və neçə insanın öldüyünü təsdiqlənməsi kimi çətinliklər dayanır.

Sinci MakKeyn bazar günü yayımlanacaq NBC-yə müsahibəsində deyib ki, İsrailin uzun zamandır xarici ərzaq yardımından asılı olan ərazidə humanitar dəstəyin çatıdırlmasına tətbiq etdiyi məhdudiyyətlər Qəzzanın ən təcrid olunan və viran qalan hissəsində mülki vətəndaşları uçurumun kənarına doğru itələyib. Onun dediyinə görə qıtlıq artıq Qəzzanın cənubuna da yaxınlaşır.

Dünya Ərzaq Proqramının sözçüsü daha sonra The Associated Press-ə bildirib ki, rəsmi şəkildə qıtlığın elan edilməsi üçün tələb olunan üç haldan biri artıq Qəzzanın şimalında tam, digəri isə qismən müşahidə olunub. Bu isə ölümcül qıtlığın sənədləşdirilməsi ilə bağlı səylərinin nə qədər irəlilədiyinə dair mühüm detallardır.

İsrail əsas müttəfiqi ABŞ və başqaları tərəfindən Qəzzaya daha çox yardımın daxil olmasına icazə vermək üçün artan təzyiqlə üzləşir ki, buna xüsusilə də yardımın yük maşını ilə ən səmərəli şəkildə çatdırılması üçün daha çox quru keçidlərinin açılmasına dair tələblər daxildir. Yardım qrupları deyir ki, Birləşmiş Ştatlar və başqa ölkələrin hava və dəniz yolu ilə etdiyi yardım Qəzzada 2.3 milyon insanın ehtiyaclarını qarşılaya bilməz. Onların getdikcə daha çox hissəsi uşaqların böyüməsinin ləngidiyi və ölüm hallarının baş verdiyi qida çatışmazlığı səviyyəsinə çatır.

Dünya Ərzaq Proqramının tərəfdaşı olduğu İnteqrasiya edilmiş Qida Təhlükəsizliyinin Faza Təsnifatı (IPC) adlı qlobal təşəbbüsün mart ayında yaydığı hesabatda Qəzzanın bəzi hissələrində qıtlığın olacağı proqnozlaşdırılmışdı. Hesabatda deyilirdi ki, Qəzza əhalisinin təxminən üçdə biri ən yüksək səviyyədə fəlakətli aclıqla üzləşir və bu, iyul ayına qədər demək olar ki, əhalinin yarısına şamil oluna bilər.

IPC-nin növbəti hesabatı iyul ayında gözlənilir. İsrail Qəzzada qıtlığın olduğuna dair iddiaları qəti şəkildə inkar edir və humanitar agentliyi MakKeynin iddialarını yanlış adlandırır. Qıtlığa dair rəsmi bəyan Beynəlcalq Cinayət Məhəməsində, habelə İsrailin Cənubi Afrikanın təşəbbüsü ilə açılan işdə soyqırım ittihamı ilə üzləşdiyi Beynəlcalq Ədalət Məhkəmsində sübut olaraq istifadə oluna bilər.

Qıtlıq nə deməkdir?

IPC-nin məlumatına görə, bu üç halda ərazidə qıtlıq olduğu sayılır: ailələrin 20 faizi həddindən artıq ərzaq çatışmazlığı yaşayır və ya aclıq çəkir; uşaqların ən azı 30 faizi kəskin qidasızlıqdan əziyyət çəkir və ya boylarına nisbətən çox arıqdır; və hər 100 mindən 2 yetkin və ya dörd üşaq hər gün aclıq və ya onun fəsadları səbəbilə ölür.

Dünya Ərzaq proqramının sözçüsü Stiv Taravella The Associated Press-ə bildirib ki, Qəzzanın şimalında həddindən artıq qida çatışmazlığı halı artıq müşahidə olunub. Onun sözlərinə görə, uşaqların kəskin qidasızlıqdan əziyyət çəkməsi ilə əlaqədair ikinci hal da demək olar ki, müşahidə olunur. Ancaq ölüm nisbətini dəqiqləşdirmək mümkün olmayıb.

Bunu etmək çətindir. Yardım qrupları deyir ki, İsrailin hava hücumları və reydləri Qəzzanın şimalında tibb ocaqlarını dağıdıb və əhalinin böyük hissəsini didərgin salıb. Çıxışa məhdudiyyətlərdə yanaşı, onların ölümlə bağlı rəsmi məlumat toplamaq imkanları da çətinləşib.

Ancaq mart ayında IPC-nin qıtlığı izah edən sənədində qeyd olunur ki, üç haldan ikisi müşahidə olunduğu zaman ərazi “kifayət qədər dəlillərlə qıtlıq” kimi təsnif edilə bilər və analitiklər mövcud dəlillərə əsasən üçüncü halın da müşahidə olunduğuna inanırlar.

“Nəticə etibarilə, insanlar praktiki olaraq ərzaq, su və dərman çatışmazlığından ölürlər. Əgər biz qıtlığı elmi şəkildə elan etmək məqsədilə son halı yoxlamaq üçün bütün faktların əlimizdə olmasını gözləyiriksə, bu, minlərlə insanın ölməsindən sonra baş verə bilər,” Taravella deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG