Accessibility links

Fərəngis Fəthi və Əkrəm Kuxiyan Məlikkəndidə həbs edilib


Məlikkəndi şəhərinin sakini olan Fərəngis Fəthi və Əkrəm Kuxiyan
Məlikkəndi şəhərinin sakini olan Fərəngis Fəthi və Əkrəm Kuxiyan

Şərqi Azərbaycan vilayətinin Məlikkəndi (Məlekan) şəhərində təhlükəsizlik qüvvələri eyni ailənin iki üzvünü həbs edib.

Bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.

Fərəngis Fəthi və qızı Əkrəm Kuxiyanın bu gün, mayın 12-də günorta saatlarında təhlükəsizlik qüvvələrinin evlərinə basqın etdiyi və həbs edilərək naməlum bir yerə köçürüldüyü bildirilir.

Xəbər agentliyinin bir məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ailənin evinin şüşələrini sındırıb və evə daxil olub evdə reyd keçirdikdən sonra şəxsi əşyalar, o cümlədən mobil telefonlar və bir kompüteri müsadirə ediblər. Təhlükəsizlik qüvvələri həmçinin bu ailənin digər üzvünün şəxsi avtomobilini də özləri ilə apardığı bildirilir.

Hələlik bu şəxslərin həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Fərəngis Fəthi və Əkrəm Kuxiyan keçmiş azərbaycanlı siyasi məhbus və hazırda mühacirətdə yaşayan Mehdi Kuxiyanın anası və bacısıdır.

Forum

XS
SM
MD
LG