Accessibility links

ABŞ administrasiyasının İsrailə əlavə 1 milyard dollarlıq silah göndərəcəyi bildirilir


İsrail ordusunun döyüş tankları 13 may 2024-cü ildə Fələstin ərazisində İsrail və HƏMAS hərəkatı arasında davam edən qarşıdurma fonunda Qəzza zolağı ilə sərhədə yaxın İsrailin cənubunda hərəkət edir. (Foto: JACK GUEZ / AFP)
İsrail ordusunun döyüş tankları 13 may 2024-cü ildə Fələstin ərazisində İsrail və HƏMAS hərəkatı arasında davam edən qarşıdurma fonunda Qəzza zolağı ilə sərhədə yaxın İsrailin cənubunda hərəkət edir. (Foto: JACK GUEZ / AFP)

Çərşənbə axşamı Konqresin üç əməkdaşının bildirdiyinə görə, Bayden administrasiyası aparıcı qanunvericilərə İsrailə əlavə 1 milyard dollardan çox silah və sursat paketi göndərəcəyini söyləyib.

Bu, administrasiya bu ay 3500 bombadan ibarət başqa bir silah transferini dayandırdıqdan sonra İsrailə elan edilən ilk silah göndərməsidir. Administrasiya İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə artan hücumunda bombalardan istifadə etməməsi üçün əvvəlki transferi dayandırdığını bildirmişdi.

Ağ Ev İsrailin Qəzzada HƏMAS-a qarşı 7 aydır davam edən müharibəsinə verdiyi hərbi dəstəyə görə ABŞ-dakı siyasi spektrin hər iki tərəfinin tənqidinə məruz qalıb. Prezident Co Baydenin bəzi demokrat yoldaşları, ABŞ-ın müttəfiqinə fələstinli mülki vətəndaşları qorumaq üçün daha çox işlər görməyə təzyiq etmək məqsədilə onu İsrailə hücum silahlarının ötürülməsini məhdudlaşdırmağa təzyiq etdilər. Bir çox respublikaçı İsrailə hərbi dəstəyin azaldılmasını pisləyir.

Konqres köməkçiləri bildiriblər ki, göndərilən paketə tank sursatları üçün təxminən $700 milyon dollar, taktiki maşınlar üçün $500 milyon dollar və minaatan mərmilər üçün $60 milyon dollar daxildir. Onlar hələ ictimaiyyətə açıqlanmayan silah transferi haqda anonimlik şərti ilə danışıblar.

Silahların nə vaxt göndəriləcəyi barədə dərhal məlumat verilməyib. Bu göndərişin Konqresin qəbul etdiyi və Baydenin keçən ay imzaladığı uzun müddətdir təxirə salınan xarici yardım paketinin bir hissəsi olub-olmadığı, mövcud silah satışından tranş və ya yeni bir satış olduğu aydın deyil.

Forum

XS
SM
MD
LG