Accessibility links

İqtisadiyyat ABŞ seçiciləri üçün ən vacib məsələdir


İqtisadiyyat ABŞ seçiciləri üçün ən vacib məsələdir
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Bu il ABŞ-da keçiriləcək prezident seçkiləri zamanı hazırkı prezident Co Bayden və sabiq prezident Donald Tramp arasındakı rəqabətdə iqtisadiyyat seçicilər üçün ən böyük mövzulardan biridir.

Co Bayden keçən həftə seçki kampaniyası çərçivəsində Viskonsin ştatına səfər edərək texnologiya sərmayələri haqda danışıb. Microsoft şirkəti buraya 3.3 milyard dollar xərcləyir və Bayden deyir ki, bu “özəl sektor nikbinliyinin növbəti nümunəsidir.”

Co Bayden: “Bugunə qədər biz ölkə üzrə özəl sektorda 866 milyard dollar sərmayə yaratmışıq. Təxminən bir trilyon dollar. Bu, belə qısa zaman ərzində tarixi bir məbləğdir. Bu, yüzminlərlə iş yeri açır, yeni yarımkeçirici zavod tikilir, elektik avtomobillər, batareya zavodları və daha çox şey. Hamısı burada, Amerikada.”

Microft-un data mərkəzinin yeni ərazisi altı il öncə Donald Trampın Foxconn elektronika istehsalçısının 10 milyard dollar sərmayəsini elan etdiyi yerdir.

Həmin kompleksin niyyəti Viskonsində 13 min yeni iş yerinin açılması idi. Lakin kompleks tikilmədi. Bayden bunu Trampın növbəti reallaşdırılmamış vədi adlandırıb.

Co Bayden: “Əslində o bura sizin senatorunuz Ron Consonla gələrək, dünyanın səkkizinci möcüzəsini tikmək vədi vermişdi. Ciddisiz? Görün nə baş verdi. Onlar quyu qazdılar və sonra onun içinə yıxıldılar.”

Tramp illik inflyasiya artımını misal çəkərək, Baydenin ABŞ iqtisadiyyatı ilə rəftarının düzgün olmadığını deyir.

Donald Tramp: “İqtisadiyyat yaxşı vəziyyətdə deyil. Biz inflyasiya görürük, tavana çatır... Onlar faizləri azalda bilməyəcəklər. Amma etsələr bu siyasi gediş olacaq və çox pis olacaq.”

Tramp infrastruktur xərcləri, o cümlədən təmiz enerji və texnologiyaya ayrılan məsrəfləri tənqid edir.

Donald Tramp: “Vəzifənin icrasına başlayan kimi Co Baydenin İnflyasiyanın Azaldılması Qanunu adlanan nəhəng sosialist təşəbbüsü çərçivəsində bütün xərclərin üzərinə təcili moratorium qoyacam. Biz bütün o pullara qənaət edəcəyik.”

Bayden deyir ki, infrastruktur xərcləri ABŞ iqtisadiyyatına kömək edir.

Co Bayden: “Əlavə olaraq, yollar və magistrallar. Amerika işçiləri tərəfindən hazırlanan Amerika məhsulları ilə daha çox işlər görüləcək. Yaxşı maaşlı Amerikada iş yerləri açılacaq.”

Tramp qazıntı işlərinə qoyulan məhdudiyyətləri aradan qaldıracağını və ABŞ işçilərini qanunsuz mühacir əməyindən qoruracağını deyir.

Donald Tramp: “Mənim iş yerləri ilə bağlı planın nədir? Mənim planım, bəli, qazmaq, daha çox qazmaq, enerji qiymətini aşağı salmaq, sərhədi bağlamaq, ölkəyə girməyə icazə verilən bütün cinayətkarlardan qurtulmaq.”

Aprel ayında Harvard-Harris sorğusuna əsasən, ABŞ seçiciləri üçün inflyasiya ən önəmli məsələdir. Sorğuda iştirak edənlərin yalnız 3 nəfərdən biri iqtisadiyyatın düzgün istiqamətdə olduğunu deyir.

Forum

XS
SM
MD
LG