Accessibility links

Slovakiya baş nazirinin həyatının artıq təhlükədə olmadığı bildirilir


Slovakiyanın müdafiə naziri Robert Kalinak baş nazir Robert Fitsonun güllələndikdən sonra müalicə aldığı xəstəxana qarşısında mətbuat konfransında çıxış edir. (19 may 2024-cü il)
Slovakiyanın müdafiə naziri Robert Kalinak baş nazir Robert Fitsonun güllələndikdən sonra müalicə aldığı xəstəxana qarşısında mətbuat konfransında çıxış edir. (19 may 2024-cü il)

Slovakiyanın baş nazirinin müavini Robert Kalinak bazar günü bildirib ki, sui-qəsd cəhdindən sonra baş nazir Robert Fitsonun həyatı üçün təhlükə yoxdur.

Fitsoya dörd dəfə atəş açmış şəxs şənbə günü məhkəmə qarşısına çıxıb.

Fitsonun ən yaxın siyasi müttəfiqi Kalinak jurnalistlərə deyib: “O, həyatı üçün təcili təhlükədən çıxdı, lakin vəziyyəti ağır olaraq qalır və reanimasiyada qalması tələb olunur”.

Slovakiyanın baş naziri Handlova şəhərində hökumət iclasından sonra tərəfdarları salamlayarkən silahlı hücuma məruz qalıb. O, çərşənbə günü beş saatlıq əməliyyatdan sonra cümə günü mərkəzi Banska-Bistritsa şəhərindəki xəstəxanada başqa bir əməliyyat keçirib.

“Onun vəziyyətini müsbət proqnozla sabit hesab edə bilərik” deyən Kalinak xəstəxanadan kənarda, “hamımız özümüzü indi bir az daha rahat hiss edirik” dedi.

Kalinak əlavə edib ki, Fitso bu an üçün Banska-Bistritsa şəhərində qalacaq.

Slovakiya mediası tərəfindən şair Yura Sintula kimi tanınan 71 yaşlı şəxs qəsdən adam öldürməyə cəhddə ittiham edilib və şənbə günü keçirilən məhkəmə iclasında həbs olunmasına qərar verilib.

Daxili işlər naziri Matus Sutay Estok deyib ki, güllələrdən biri "cəmi bir neçə santimetr yuxarı qalxsaydı, baş nazirin qaraciyərinə dəyəcəkdi".

Sui-qəsd cəhdi, 59 yaşlı Fitsoonun oktyabrda mərkəzçi populist Smer partiyasının ümumi seçkilərdə qalib gəlməsindən sonra vəzifəyə gəldiyi ölkədə kəskin siyasi parçalanmaya işarə edir.

Fitso nə ilə tanınır?

Robert Fitso 2023-cü ilin payızında Slovakiyada keçirilən seçkilərdə partiyası "İstiqamət - Sosial Demokratiya" qalib gəldikdən sonra üçüncü dəfə baş nazir olub.

2018-ci ildə Fitso iki dəfə hökumət başçısı vəzifəsindən istefa edib - Korrupsiya əleyhinə nümyişlərdən sonra və Slovakiyada araşdırmaçı-jurnalist Yan Kusiakın qətlindən sonra.

Fitso dəfələrlə Ukrayna əleyhinə və Rusiyameylli bəyanatlar səsləndirib və Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı çıxıb. 2023-cü ildə onun tərəfindən yeni formalaşdırılmış hökumət Ukrayanaya 40,3 milyon dollarlıq hərbi yardım təqdim edilməsindən imtina edib və bildirib ki, bundan sonra Slovakiya Ukraynaya yalnız humanitar yardın göstərəcək.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG