Accessibility links

Əkbər Yusifi Məlikkəndi şəhərində saxlanılıb


Məlikkəndi şəhəri sakini olan Əkbər Yusifi həbs edilib
Məlikkəndi şəhəri sakini olan Əkbər Yusifi həbs edilib

2022-ci ildə ümummilli etiraz aksiyalarında saxlanılanlar arasında olan Əkbər Yusifi mayın 20-də Məlikkəndi (Məlekan) şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin dərc etdiyi məlumata görə, o, İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı öz İnstagram səhifəsində məzmun dərc etdikdən sonra həbs edilib.

Verilən məlumata əsasən, Əkbər Yusifi mayın 20-də Məlikkəndi şəhərindəki şəxsi evində Kəşfiyyat İdarəsinin bir neçə agenti tərəfindən həbs edilib.

Yusifinin harada olması və ona qarşı irəli sürülən ittihamlar barədə hələ məlumat yoxdur.

İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin Şərqi Azərbaycan vilayətinin Vərziqan bölgəsində qəzaya uğramasından sonra bəzi məhkəmə və polis rəsmiləri sosial medianın izləndiyi barədə xəbərdarlıq ediblər.

Baş prokuror Məhəmməd Müvvəhid Azad ölkədə hadisə ilə bağlı məlumat yayanlara xəbərdarlıq edərək, "cəmiyyətin psixi təhlükəsizliyinə xələl gətirənlər" adlandırdığı şəxslər ilə məşğul olunacağını bildirib.

Forum

XS
SM
MD
LG