Accessibility links

Azərbaycanda mina partlaması nəticəsində mülki şəxs həlak olub


Mina təhlükəsi ilə bağlı reklam lövhəsi
Mina təhlükəsi ilə bağlı reklam lövhəsi

Azərbaycanın Tərtər rayonunun Həsənqaya kəndi (Bakıdan 322 kilometr qərb) ərazisində mina partlayışı nəticəsində mülki şəxs həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumata görə, mülki şəxs Arzu Hacıyev keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", məlumatda qeyd edilir.

ANAMA-nın məlumatına görə, 1991-ci ildən bəri 3429 şəxs mina qurbanı olub ki, onların 358-i gənc və ya uşaq, 38-i qadındır.

2020-ci ildəki 44 günlük müharibədən sonrakı dövrdə isə ümumilikdə 361 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 51 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 66 nəfər həlak olub.

Ekspertlərin fikrincə, ölkə ərazisində yüz minlərlə mina və ya partlamamış hərbi sursat qalıqları var.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG