Accessibility links

İsrail Qəzzada ölənlərlə bağlı yeni say açıqlayıb


HƏMAS-ın oktyabrın 7-də İsrailə hücum edərək 1200 insanın qətlə yetirilməsi və təxminən 250 nəfərin girov götürülməsində sonra İsrail Qəzzada HƏMAS-a son qoymaq üçün hərbi hücuma başlayıb.

Bu ayın əvvəli İsrail hökuməti əməliyyat zamanı həlak olanların sayını açıqlayaraq, hücum zamanı 14 min terrorçunun və 16 min mülki şəxsin öldürüldüyünü bildirib.

Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi bu müddət ərzində 35 min insanın öldüyünü və onlardan təxminən 25 min nəfərin şəxsiyyəti müəyyən edildiyini deyir.

HƏMAS tərəfindən təqdim edilən say döyüşçülərlə mülki əhali arasında fərq qoymur. HƏMAS-ın bildirdiyinə görə, ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

İsrail HƏMAS-ın təqdim etdiyi rəqəmləri sorğulamadan dərc edən xarici medianı sərt tənqid edərək, öz rəqəmlərinin daha etibarlı olduğunu bildirib.

“İsrail dəfələrlə bəyan edib ki, Qəzzadan gələn və BMT agentlikləri tərəfindən yayılam rəqəmlər HƏMAS terrorçu təşkilatı tərəfindən manipulyasiya edilir,” – İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorşteyn keçən həftə bildirib.

O əlavə edib ki, rəqəmlər “dəqiq deyil və ərazidəki həqiqəti əks etdirmir”.

Dünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmayerdən Qəzzadan təqdim edilən rəqəmlərin dəqiqliyi ilə bağlı soruşduqda, sözçü rəqəmlərdə problem olmadığını bildirib.

“25 min insanın şəxsiyyətinin dəqiqləşdirilmiş olması, irəliyə bir addımdır”, o əlavə edib.

Forum

XS
SM
MD
LG