Accessibility links

Milli fəal Yılmaz Mehrəlibəyliyə qarşı ittihamlar irəli sürülüb


Güneyli fəal Yılmaz Mehrəlibəyli
Güneyli fəal Yılmaz Mehrəlibəyli

Mayın 25-də İranda milli fəal Yılmaz Mehrəlibəylinin işi ilə bağlı Culfa Ümumi və İnqilab Prokurorluğunun 1 saylı istintaq şöbəsində məhkəmə iclası keçirilib.

Hüquq müdafiə qurumu AHRAZ-ın yaydığı məlumata görə, Yılmaz Mehrəlibəyliyə qarşı "iğtişaşlara çağırış etmək", "ictimai rəyi çaşdırmaq", "etnik millətçilik və pantürkist fəaliyyətlər göstərmək" ittihamları irəli sürülüb.

Xəbərdə qeyd olunan məlumata görə, həmin məhkəmə iclasında, milli fəal Yılmaz Mehrəlibəylinin Azərbaycanlı siyasi məhbusların hüququndan müdafiəsi ilə bağlı fəaliyyətləri dəlil olaraq göstərilib.

Şərqi Azərbaycan vilayətinin Culfa şəhərindən olan Yılmaz Mehrəlibəyli iclasda özünü müdafiə edərək, fəaliyyətlərinin qanun çərçivəsində olduğunu irəli sürüb, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

Hüquq fakültəsinin məzunu olan Mehrəbəyli bundan əvvəl, "Vəkillər Günü" münasibəti ilə Təbrizdə Şərqi Azərbaycan Vəkillər Kollegiyası binasının qarşısında piket keçirmiş, vəkillik işindən məhrum edildiyi üçün tək nəfərlik etiraz aksiyası keçirmişdi.

Yılmaz Mehrəlibəylinin qardaşı Yürüş Mehrəlibəyli azərbaycanlıların hüquqları uğrunda apardığı sivil fəaliyyətə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və müxtəlif təzyiqlərə məruz qalıb. Həmin ailənin üzvləri azərbaycanlıların hüquqları üçün apardığı dinc fəaliyyətlərdən dolayı müxtəlif təzyiqlərə məruz qalıb.

Forum

XS
SM
MD
LG