Accessibility links

Tayvan ətrafındakı gərginlikdən sonra ABŞ və Çin müdafiə rəhbərlərinin görüşü gözlənilir


ABŞ müdafiə naziri Lloyd Ausin. Pentaqon. Vaşinqton. 24 may, 2024.
ABŞ müdafiə naziri Lloyd Ausin. Pentaqon. Vaşinqton. 24 may, 2024.

Pekin ABŞ-ın dəstəklədiyi demokratiyanın yeni liderinə işarə olaraq Tayvan ətrafında müharibə oyunları həyata keçirəndən sonra Pentaqon cümə günü elan edib ki, ABŞ Müdafiə naziri Lloyd Austin çinli həmkarı ilə görüşəcək.

Pentaqon bildirib ki, Austin 31 may-2 iyun tarixlərində Şanqi-La Dialoqunda iştirak etdiyi zaman çinli admiral Donq Cunla görüşəcək. Şanqi-La Dialoqu hər il dünya boyu müdafiə rəsmilərinin bir araya gəldiyi iclasdır.

Çin bu həftə döyüş gəmiləri və döyüş təyyarələri ilə Tayvan ətrafında dövrə vurub. Bu, onun iddiası olduğu ərazini ələ keçirmək qabiliyyətini sınaqdan məqsədi daşıyırdı. Sınaqlar özünü idarə edən Tayvanın demokratiyasını qorumağı vəd edən Prezident Lai Çinq-tenin inaqurasiyasından sonraya təsadüf edib.

Austinin Donqla görüşü onlar aprel ayında telefonla danışdığı zamandan bəri gözlənilirdi. Həmin telefon danışığı son 18 ayda iki qüdrətin müdafiə rəsmiləri arasında ilk əsaslı danışıqlar idi.

Prezident Co Baydenin administrasiyası və Çin gərginliyi azaltmaq məqsədilə kommunikasiyaları artırıblar. Belə ki, Dövlət katibi Antoni Blinken ötən ay Pekin və Şanxxaya səfər edib.

Ancaq Çin Prezidenti Şi Tsinpinin noyabrda Kaliforniyada Naydenl keçirilən sammit zamanı hərbi dialoqun bərpasına razılaşada qədər müdafiə sahəsində danışıqlar geridə qalmışdı.

Austin həmçinin ASEAN-ın müdafiə nazirləri ilə danışıqlar üçün gələn həftə Kambocaya səfər edəcək. O səfərini Fransada başa vuracaq ki, orada o, Prezident Co Baydenlə birlikdə Neptun əməliyyatının 80-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.

Onun səfəri Austinin cümə günü tibbi prosedur səbəbilə səlahiyyətlərini iki saat yarımlıq müddətə müavini Katlin Hiksə həvalə etməsinə rəğmən elan edilib.

Austin Qərbin Ukraynanı Rusiyanın təcavüzünə qarşı dəstəkləmək səylərində əsas fiqurdur.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG