Accessibility links

Cəmil Həsənlinin “Əlimərdan bəy Topçubaşı” kitabı nəşr olunub


Cəmil Həsənlinin Əlimərdan bəy Topçubaçı kitabının üz səhifəsi (Mənbə: Sosial şəbəkə)
Cəmil Həsənlinin Əlimərdan bəy Topçubaçı kitabının üz səhifəsi (Mənbə: Sosial şəbəkə)

Tarixçi Cəmil Həsənli sosial şəbəkələrdə məlumat yayaraq, “Əlimərdan bəy Topçubaşı” kitabının nəşr olunduğunu bildirib.

"Mübarək Cümhuriyyətimizin 106-cı yaranış günündə Altun kitabın "Tarixi yaradanlar" seriyasında "Əlimərdan bəy Topçubaşi" nəşr olundu. Əlimərdan bəy həmin Cümhuriyyəti yaradanlardan və onu dünya çapında tanıdanlardan biri idi”, Həsənli qeyd edib.

Onun sözlərinə görə, Altun kitabın "Tarixi yaradanlar" seriyasında gənclər və məktəblilər üçün kitablar nəşr edilir.

“Əlimərdan bəy Azərbaycanda və Rusiya müsəlmanları arasında liberializmin banisi də sayıla bilər. Rusiyanın bütün müsəlman yurdlarını qarış-qarış, kəndbə-kənd, şəhərbə-şəhər, oymaq-oymaq gəzmişdi Əlimərdan bəy. Özü demiş babalarımız bir zaman hakim olmuş Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində məhkum millətə çevrilmiş türklərin təşkilatlanmasında, nicat yolu axtarmasında onun rəhbərlik etdiyi Müsəlman İttifaqının böyük rolu oldu”.

Tarixçi bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlament sədri kimi Topçubaşının maraqlı həyat hekayəsi var.

“Bu hekayə fərdin hekayəsi deyil, millətin hekayəsidir", Cəmil Həsənli qeyd edib.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG