Accessibility links

İsrail Rəfahda daha da irəlilədiyi bir vaxtda, Bayden atəşkəs razılaşmasına çağırır


İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinə irəliləyərkən, Prezident Co Bayden cümə günü HƏMAS-ın İsrailə qarşı böyük terror hücumu etmək qabiliyyətini itirdiyini bildirib və İsrailin ən son atəşkəs razılığı təklifini dəstəkləyib.

“Bu müharibənin bitmək, sonrakı günün başlamaq vaxtıdır,” o deyib.

Bayden döyüşlərdə altı həftəlik müvəqqəti fasilə ilə başlayan və HƏMAS ilə döyüşlərin daha daimi dayandırılmasına səbəb olacağını söylədiyi üç-mərhələli razılıq təqdim edib.

Bayden Ağ Evdə deyib ki, ilk mərhələyə “tam və hərtərəfli atəşkəs” daxil olacaq. Bu o deməkdir ki, İsrail qüvvələri Qəzzanın sıx məskunlaşdığı bütün ərazilərindən geri çəkiləcək və girovların bəziləri, o cümlədən qadınlar, yaşlılar, yaralılar və Amerika vətəndaşları İsrail həbsxanalarından yüzlərlə fələstinli məhbusun azad buraxılması müqabilində sərbəst buraxılacaq.

Bundan əalvə İsrail Qəzzada əlavə humanitar yardımın daxil olmasına və fələstinli vətəndaşlarıın Qəzzanın bütün ərazilərində, o cümlədən şimal hissəsindəki evləri və məhəllələrinə geri qayıtmalarına icazə verəcək.

İlk mərhələdəki ilkin altı müddətlik fasiələdən sonra, ikinci mərhələdə İsrail qüvvələri HƏMAS-ın saxladığı bütün qalan girovların, o cümlədən İsrailin kişi əsgərlərin azadlığa buraxılması müqablində Qəzzadan tamamilə geri çəkiləcək.

““Mən sizinlə səmimi olacağam, birinci mərhələdən ikinci mərhələyə keçmək üçün üzərində danışıqlar aparılmalı olan bir çox məsələ var,” Bayden xəbərdarlıq edib.

Ancaq prezident deyib ki, danışıqlar davame tdiyi müddətdə atəşkək davam edəcək, hətta danışıqlar ilkin altı həftəlik müddətdən çox davam etsə belə. O, Birəşmiş Ştatlar, Misir və Qətərdən vasitəçilərin bütün razılıqlar əldə olunadək səyləri davam etdirəcəklərini vəd edib. Bayden deyib ki, nə qədər ki, HƏMAS öhdəliklərinə əməl edəcək, israillilər müvəqqəti fasiləni hərbi əlməiyyatların “daimi” dayandırılmasına çevriməyə razılaşıblar.

Üçüncü və son mərhələdə “Qəzzanın böyük bərpa planı başlayacaq və həlak olan girovların cənazələri ailələrinə geri qaytarılacaq.”

Bayden, danışıqlar davam etdiyi müddətdə atəşkəsin qornub saxlanması istisna olmaqla, planı İsrailin “hərtərəfli yeni təklifi” adlandırsa da, bu plan HƏMAS-ın qəbul edib, İsrail rədd etdiyi əvvəlki təklifdən köklü şəkildə fərqlənmir.

HƏMAS bəyanatında deyib ki, qrup Baydenin çıxışının məzmununu “müsbət qiymətləndirir.”

Ancaq İsrail daha az həvəsli görünür. Baydenin çıxışından bir az sonra Baş nazir Benyamin Netanyahunn ofisi bəyanat yayaraq, bildirib ki, o, girovların qaytarılmasını nəzərdə tutan, eyni zamanda isə İsrailə “HƏMAS-ın hərbi və idarəetmə imkanlarının məhvinə” nail olunana qədər müharibəni davam etdirməyə imkan verən, təklif təqdim edib.

Bayden razılaşmanın İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələrin normallaşmasına dair potensial “tarixi” razılığa gətirib çıxarmasını nəzərdə tutsa da, bir çox detallar hələ ki, aydın deyil.

Yaxın Şərq İnstitutunun Ərəb yardımadası məsələlri proqramının direktoru Cerald Fierstinin sözlərinə görə, onlara hər mərhəldə İsrailin hərbi mövcudluğunun dərəcəsi, habelə müharibəbən sonra Qəzzaya kimin nəzarət edəcəyi daxildir.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək, 1200 nəfəri öldürün, 250 nəfəri girov götürəndən sonra, İsrail HƏMAS-ı Qəzzadan təmizləmək üçün əks-hücuma başlayıb. Son həftələrdə bildirib ki, İsrail bildirib ki, qüvvələri 30 min nəfəri öldürüb və onların əksəriyyəti döyüşçülərdir. Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi ilə 36 284 nəfərin öldüyünü, onların çoxsunun qadın və uşaqlar olduğunu bildirir.

Forum

XS
SM
MD
LG