Accessibility links

Şolts: Biz NATO ərazisinin “hər kvadrat metrini” müdafiə edəcəyik


Almaniya kansleri Olaf Şolts bazar günü bildirib ki, NATO-nun alyansın şərq sərhədini möhkəmləndirmək məqsədilə son addımları Rusiyanı çəkindirmək məqsədi daşıyır. O vurğulayıb ki, Moskvaya aydın olmalıdır ki, lazım gələrsə, alyans özünü müdafiə etməyə hazır olacaq.

Şərqi Almaniya İqtisadi Forumunda çıxış edən Şolts xatırladıb ki, Almaniya NATO-nun Baltikyanı ölkələrdə mövcudluğunda aparıcı rol oynayır. Bu mövcudluq on ilə yaxındır davam edir.

Forumda Litvanın Baş naziri İnqrida Şimonite iştirak edib.

“Rusiyadan gələn təhlükə davam edəcəyinə görə, biz və digər müttəfiqlərimiz keçən il Baltikyanı ölkələrə əlavə birləşmələr yerləşdirməyə və gələcəkdə bütöv bir briqadanın daimi olaraq orada yerləşdirilməsinə qərar verdik”, Şolts deyib.

“Təhlükəsizlik siyasətində bu dönüş Rusiyaya bizim NATO ərazisinin hər qarışını müdafiə etməyə hazır olduğumuzu göstərmək üçün lazımdır”, Almaniya kansleri qeyd edib.

Şolts yalnız güclü mövqedən diplomatiyanın uğurlu olduğunu vurğulayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG