Accessibility links

Tehranda mədəni fəallar Məhəmməd Əbdi və Hadi Şərifi həbs ediliblər


Məhəmməd Əbdi və Hadi Şərifi (Mənbə: Günaz TV)
Məhəmməd Əbdi və Hadi Şərifi (Mənbə: Günaz TV)

Əslən Şərqi Azərbaycan vilayətindən olan mədəni fəallar Məhəmməd Əbdi və Məhəmməd Hadi Şərifinin Tehranda İran təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliyi bildirilir.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Iran Wire xəbər saytı kimi mənbələr bu barədə məlumat yayıblar.

“Türk mədəni fəallar Məhəmməd Hadi Şərifinəsəb və Məhəmməd Əbdi təhlükəsizlik gücləri tərəfindən həbs ediliblər. Hadi Şərifi Tehran vilayətinin Baharistan şəhərindəki evində, Məhəmməd Əbdi isə Tehranda saxlanılıb”, - İran Wire xəbər saytı yazıb.

Fəalların hansı səbəblərə görə tutulub və haraya aparıldıqlarına dair dəqiq məlumatın olmadığı bildirilib.

Günaz TV-nin bildirdiyinə görə, “əslən Şərqi Azərbaycan vilayətinin Sərəskənd (Həştrud) şəhərindən olan Hadi Şərifi politologiya tələbəsidir. O, radio və teatr sahələrində də çalışır və sosial şəbəkələrdə Sərəskəndoğlu adı ilə fəaliyyət göstərir.”

Məhəmməd Əbdinin isə əslən Şərqi Azərbaycan vilayətinin Xudafərin bölgəsindən olduğu bildirilir.

Son aylar İranın məhkəmə və təhlükəsizlik orqanları İran Azərbaycanı, eləcə də Tehran, Əlburz və Gilan kimi vilayətlərdə yaşayan türk fəallara təzyiqləri artırıblar.

Forum

XS
SM
MD
LG