Accessibility links

Tramp məhkəmənin onu təqsirli bilməsindən sonra seçki təşviqatına geri dönüb


Tramp məhkəmənin onu təqsirli bilməsindən sonra seçki təşviqatına geri dönüb
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Donald Tramp münsiflər məhkəməsi tərəfindən təqsirli bilinməsindən sonra siyasi təşviqat kampaniyasına geri qayıdıb. O, ABŞ tarixində məhkumluğu olan ilk prezidentliyə namizəddir.

Donald Trampın dəstəkçiləri Nyu Yorkun Tramp qülləsi önündə dəstəklərini göstərməyə davam ediblər. Bu, Trampın 2016 seçkilərinə təsir etmək niyyətilə biznes qeydlərinin saxtalaşdırılması işi üzrə 34 ittihamda təqsirli bilinməsindən bir gün sonra baş verib.

Şəhərin Çelsi rayonunda seçici Nikolas Vorner qərarı “dəhşətli” adlandır və ölkənin Trampın ikinci prezidentliyinə ehtiyac duyduğunu deyir.

Nikolas Vorner, Nyu York seçicisi: “O 4 il prezident olduğu müddətdə indi baş verən müharibə və digər şeylər, iqtisadiyyat və inflasiya ilə bağlı problemlər yox idi. Ona görə də, mən onun geri qayıtmasını və iş adamı kimi işlərin qayğısına qalmasını istəyirəm.”

Merilanddə seçici Arkadi Lapidus deyir ki, Trampın məhkəmənin saxtalaşdırılması iddiası nə Respublikaçılar, nə də ölkə üçün yaxşıdır.

Arkadi Lapidus, Meriland seçicisi: “Donald Tramp uzaqlaşdırılmayana qədər, “biz seçkilərə etibar edirik”, “biz münsiflər məhkəməsinin qərarına etibar edirik” deyilməyənə qədər heç nə düzəlməyəcək. Partiya Amerika dəyərlərini qəbul etmədiyi müddət mən Respublikaçılara səs verməyəcəm.”

Seçici Marqaret Barns Trampın hətta cinayət hökmü ilə Co Baydendən daha inandırıcı olduğunu deyir.

Marqaret Barns, Meriland seçicisi: “Bayden mənə süni görünür. O, sentimental olaraq sünidir. Xoş yaşlı insan kimi hekayələr danışır və bu çox çox sünidir. Ona inanmıram. Bu, səmimi deyil. Trampa gəldikdə isə o, səs-küylüdür. Amma onun dediklərini sərt olsa da, mən ona daha çox inanıram.”

Koloradoda seçici Lyuda Qolodnıx Trampın məhkumluğa layiq olduğunu və bu qərarın onun seçki kampaniyasına zərər vuracağımna ümid etdiyi deyir.

Lyuda Qolodnıx, Kolorado seçicisi: “Onun qadınlar haqda dedikləri, digər ölkələrə münasibəti, mühacirlə evli olmasına baxmayaraq, qeyri-qanuni mühacirlər haqda sözləri... Bəli, düşünürəm ki, o, onu uzun müddət gözləyənə çatdı.”

Nevadada seçici Kit Deyton məhkəmə qərarının onun səsinə təsiri olmadığını deyir.

Kit Deyton, Nevada seçicisi: “Mən yenə də Donald Trampa səs verəcəm. Məncə, bütün bu baş verənlə məzələnmə idi. Mən ölkəm üçün utamıram.”

Kit Deyton, Nevada seçicisi: “Mən onu evimə pivə içməyə dəvət etmərəm və ya onunla paba getmərəm. Amma bunun məsələyə aidiyyatı yoxdur.”

Pensilvaniyada məhkəmə qərarı Trampın seçicilərini həvəsləndirə bilər. Bunu seçici Cefri Nesbit deyir.

Cefri Nesbit, Pensilvaniya seçicisi: “Məncə amerikalılar üçün daha səmərəli vasitə onu və onun hərəkatlnı seçkilərdə məğlub etməkdir. Fikrimcə bu qərarın onun seçicilərini həvəsləndirməsi ehtimalı az deyil. Nəticədə onlar seçkilərdə daha fəal ola bilərlər.”

Reuters/Ipsos sorğusuna əsasən, qeydiyyatdan keçmiş Respublikaçı seçicilərin 90 faizi hələ də Trampı dəstəkləyir. Geridə qalan 10 faiz Respublikaçıların Trampa səs verməməsi rəqabətli seçkilərdə həlledici ola bilər. Hər iki namizəd qələbə üçün öz seçici bazasını qorumaqla yanaşı, müstəqil seçiciləri də cəlb etməyə çalışmalıdır.

Forum

XS
SM
MD
LG