Accessibility links

Respublikaçı qanunvericilər Baydenin sığınacaq istəyənlərlə bağlı sərəncamını tənqid edirlər


Respublikaçı qanunvericilər Baydenin sığınacaq istəyənlərlə bağlı sərəncamını tənqid edirlər
please wait

No media source currently available

0:00 0:02:59 0:00

ABŞ qanunvericilərinin prezident Co Baydenin ölkə sərhədində sığınacaq axtaranlarla bağlı yeni sərəncamı haqda mövqeyi ikiyi bölünüb. Sərhəd təhlükəsizliyi mübahisəsi noyabrda keçiriləcək prezident seçkilərinin əsas mövzularından biri olaraq qalır.

Sığınacaq prosesi ilə bağlı dəyişikliklərin qüvvəyə mindiyi vaxt mühacirlər Kaliforniya-Meksika sərhədini keçirlər. Prezident Co Baydenin sərəncamı çərşənbə axşamı imzalanan kimi qüvvəyə minib. Bu sərəncama əsasən, gündəlik ortalama 2500 nəfərə çatdıqdan sonra sənədsiz mühacirlər üçün prosedur dayandırılacaq.

Kolin Putzel-Kavano, Miqrasiya Siyasəti İnstitutu: “Bu siyasət giriş məntəqələri arasında nizamsız sərhədi keçmə sayını məhdudlaşdırmaq və insanları mövcud qanuni keçid vasitələrindən istifadəsinə təşviq etmək cəhdidir.”

Kapitolidə Konqress Respublikaçıları Baydenin sərəncamının problemi həll etmədiyini deyirlər.

Mayk Conson, ABŞ Nümayəndələr Palatasının spikeri: “126 gün öncə Co Bayden “əlimdən gələni etdim” demişdi. Ona sual vermişdilər ki, nə üçün geniş icraedici səlahiyyətlərindən istifadə edərək özünün yaratdığı sərhəd fəlakəti problemini həll etmir. Və 126 gün əvvəl o kameralara üz tutub, “mənim edə biləcəyim başqa şey yoxdur” demişdi.”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp və digər Respublilkaçılar artan sərhəd keçmələrinin sayı ilə bağlı bir addım atması Baydenə üçün təzyiq göstərirlər.

Mitç Makkonnel, Senat Respublikaçılarının lideri: “Fikrimcə, bu administrasiyanın ən böyük nöqsanı, bütün bu böhranın başlanğıcı prezidentin and içməsi günü başlayıb. Sərhəddə böhranı yaradan onun həyata keçirdiyi siyasətdir. Və bu, hansısa sərəncamla həll edilən deyil.”

Amma Demokratlar deyirlər ki, ilin əvvəli Respublikaçılar iki partiyalı qanun layihəsinə səs verməkdən imtina etdikdən sonra bu sərəncamın verilməsi labüd idi.

Çak Şumer, Senat Demokratlarının lideri: “Respublikaçılar bu qanun layihəsinsin çox güclü və yaxşı adlandırdılar. Donald Tramp sərhəddə xaosun yaranması üçün açıq şəkildə bu qanun layihəsinin qəbul edilməməsini istədiyini bildirməsindən sonra onların mövqeyi 180 dərəcə dəyişdi. Bizim istəyimiz Respublikaçıların bizimlə bərabər addım atmasıdır.”

ABŞ sərhədində yerləşən Arizona ştatında, icma təşkilatçıları ABŞ qanunvericilərinin miqrasiya mövzusunda razılağa gələ bilməməsindən məyusdurlar.

Arizonanı təmsil edən senator Mark Kelli deyir ki, Baydenin sərəncamı problemlərin bəzilərinə ünvanlanıb.

Mark Kelli, Demokrat senator: “Bu həm də mühacirlər üçün təhlükəsiz olmayan bir vəziyyət idi. Bu, Sərhəd Patrulu agentləri, sərhədçilər və bu icmalarda yaşayan insanlar üçün təhlükəsiz idi. Bu gün prezident sərhəd təhlükəsizliyi məsələsində yaxşı irəliləyiş olan addımı elan edəcək.”

Amma Amerika Vətəndaş Azadlıqları İttifaqı Bayden Administrasiyasının yeni sığınacaq prosesinin qeyri-qanuni olduğunu və məhkəməyə müraciət edəcəyini bildirib.

Forum

XS
SM
MD
LG