Accessibility links

Şimali Koreya Cənubi Koreya vərəqələrinə, səsgücləndiricilərə cavab tədbirləri xəbərdarlığı edib


Şimali Koreya lideri Kim Conq Unun nüfuzlu bacısı Cənubi Koreya səsgücləndirici yayımları və vərəqələrin atılmasına davam etdirərsə, ölkəyə qarşı yeni cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edib.

"Əgər Koreya Respublikası sərhəddə eyni vaxtda vərəqə səpələmə və səsgücləndirici yayım təxribatı həyata keçirərsə, şübhəsiz ki, KXDR-in yeni əks-addımlarının şahidi olacaq", deyə dövlət xəbər agentliyi Kim Yo Conqun bazar günü axşam verdiyi açıqlamasını yayımlayıb.

Cənubi Koreya bazar günü Şimali Koreyaya yönəlmiş səsgücləndirici yayımlarını bərpa edib. Seul Pxenyanın cənuba zibil daşıyan şarlar göndərməkdə davam etdiyi təqdirdə yayımları davam etdirəcəyini bildirib.

Şimali Koreya şənbə günü 330 şar vasitəsilə zibil buraxıb. Onlardan 80-ə yaxını sərhədi keçib. Bu barədə Cənubi Koreya ordusu bildirib. Bazar ertəsi Cənubi Koreya daha 310 hava şarın buraxıldığını, təxminən 50-nin cənuba eniş etdiyini xəbər verib.

Hakim Fəhlə Partiyasının departament direktorunun müavini Kim, Cənubun səsgücləndirici yayımlarına istinad edərək, "Bu, çox təhlükəli vəziyyətin başlanğıcıdır" deyib.

Pxenyan may ayında sərhəddən zibil və gübrə, o cümlədən peyin daşıyan şarlar göndərməyə başlayıb. Və bunu təbliğat kampaniyası çərçivəsində Cənubi Koreyalı fəallar tərəfindən göndərilən Şimal əleyhinə vərəqələrə cavab adlandırıb.

Seuldakı Evha Universitetinin professoru Leif-Eric İsley bildirib ki, "Seul Koreyalararası sərhəddə hərbi gərginliyin olmasını, Pxenyan isə Kim rejiminin legitimliyini təhdid edən kənar məlumatların olmasını istəmir".

Şimali Koreya bəzi hallarda hava şarlarına və səs gücləndiricilərə silahla atəş açıb.

Seul ve Pxenyan 2018-ci ildə imzalanmış razılaşmaya əsasən yayımları dayandırmışdı. Lakin Pxenyanın silahların inkişafı ilə bağlı irəlilədikcə gərginlik o vaxtdan artmaqdadır.

Cənubi Koreyanın yayımlarına dünya xəbərləri, demokratik və kapitalist cəmiyyəti haqqında məlumatlar, populyar K-pop musiqisi daxildir. Səsin Şimali Koreya daxilində 20 kilometrdən çox getdiyi güman edilir.

Digər tərəfdən Şimali Koreya əsgərlərinin son həftələr Hərbisizləşdirilmiş Zonada ağacları təmizləyərək hasarlar tikdiyi müşahidə edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG