Accessibility links

Malavi vitse-prezidentini daşıyan təyyarə itkin düşüb


Malavi vitse-prezidenti Saulos Klaus Çilimanı daşıyan hərbi təyyarə bazar ertəsi səhər eniş edə bilmədikdən sonra itkin düşüb. Bu barədə rəsmi olaraq Malavi höküməti məlumat verib.

Təyyarə yerli vaxtla səhər saat 9:00-da havaya qalxıb. Göyərtəsində 51 yaşlı vitse-prezident və digər doqquz şəxs olub. Təyyarə paytaxt Lilonqveni tərk etdikdən 45 dəqiqə sonra təxminən 370 kilometr şimalda yerləşən Mzuzu Beynəlxalq Hava Limanına planlaşdırılan enişini edə bilməyib.

"Aviasiya orqanlarının təyyarə radardan çıxdıqdan sonra onunla əlaqə yaratmaq üçün göstərdiyi bütün səylər indiyədək uğursuz olub", deyə rəsmi məlumatda deyilir.

Prezident Lazarus Çakvera Baham adalarına gözlənilən işgüzar səfər səfərini ləğv edib. Verilən açıqlamaya görə, o, təcili axtarış-xilasetmə əməliyyatını çağırıb.

"Faktlar müəyyən edildikdən sonra vəziyyətlə bağlı hər hansı informasiya barədə ictimaiyyətə məlumat veriləcək", deyə bəyanatda bildirilir.

Çilima 2022-ci ildə rüşvət qalmaqalı ilə bağlı həbs olunduqdan və ittiham olunduqdan sonra səlahiyyətlərindən məhrum edilmişdi. Lakin bir neçə dəfə məhkəmədə çıxış etdikdən və baş prokuror işin dayandırılması üçün bildiriş göndərdikdən sonra Malavi məhkəməsi tərəfindən ittihamlar ləğv edilib.

Forum

XS
SM
MD
LG