Accessibility links

Bayden G7 qrupunun zirvə görüşü üçün İtaliyadadır


ABŞ Prezidenti Co Bayden Böyük Yeddilik qrupunun liderləri ilə görüşmək üçün İtaliyanın Brindizi şəhərinə çatıb.

İtaliyaya gəldikdən sonra ABŞ Prezidenti Apuglia şəhərinə yola düşüb. Sammitin keçirildiyi dəbdəbəli Borgo Eqnazia kurortunda Böyük Yeddilik (G7) liderlərini İtaliyanın Baş Naziri Giorgia Meloni tərəfindən qarşılanıb.

O, bu görüşə Rusiyaya qarşı yeni sanksiyalarla və Ukrayna üçün yeni ikitərəfli təhlükəsizlik sazişi ilə gəlsə də, kritik bir nöqtədə duran Qəzzada atəşkəs danışıqlarında irəliləyiş yoxdur.

Məsələ ilə bağlı Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə günü İtaliyaya gedərkən Hərbi Hava Qüvvələrinin təyyarəsində jurnalistlərə açıqlama verib. O bildirib ki, Birləşmiş Ştatlar HƏMAS-ın təklifə reaksiyasını nəzərdən keçirdikdən sonra Misir və Qətər vasitəçiləri ilə işləyir.

"Təklif olunan dəyişikliklərin çoxu cüzidir və gözlənilməz deyil. Digərləri BMT Təhlükəsizlik Şurasının qətnaməsində qeyd olunanlardan xeyli dərəcədə fərqlənir" - deyə, Sullivan bildirib.

Bayden İtaliyaya uçarkə, ABŞ Maliyyə Nazirliyi Moskvanın hərbi sənaye bazasına yardım edən xarici şəxsləri və şirkətləri hədəf alan yeni sanksiyalar elan edib. Bunlara Çində yerləşən və Rusiyaya yarımkeçiricilər satan şirkətlər daxildir.

Sanksiyalar paketinə ikinci dərəcəli sanksiyaların genişləndirilməsi daxildir ki, bu da ABŞ-a dünyada artıq sanksiyalarla üzləşmiş Rusiya maliyyə institutları ilə iş görən istənilən bankı qara siyahıya salmağa imkan verir. Məqsəd Çin və digər ölkələrdəki kiçik bankların Rusiyanın müharibə səylərini maliyyələşdirməsinin qarşısını almaqdır.

Maliyyə Nazirliyinin bildirdiyinə görə, sanksiyalar pilotsuz uçuş aparatları, anti-dron sistemləri, sənaye maşınları və ölkənin kimyəvi və bioloji silahlar proqramı üçün kritik materialların əldə edilməsində istifadə etdiyi şəbəkələri də hədəfləyir.

"Biz Rusiyanın müharibə iqtisadiyyatı ilə məşğul olan maliyyə institutları üçün riski artırır və yayınma yollarını aradan qaldırırıq və Rusiyanın xarici texnologiya, avadanlıq, proqram təminatı və İT xidmətlərinə çıxış imkanlarını azaldırıq" - deyə, maliyyə naziri Canet Yellen açıqlama verib.

Rusiyanın ən böyük maliyyə bazarı olan Moskva Birjası da yeni sanksiyalara daxil edildikdən sonra dollar və avro ticarətini dayandırdığını açıqlayıb.

Bayden həmçinin cümə axşamı prezident Volodimir Zelenski ilə görüşü zamanı Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişini imzalamağa hazırlaşır.

Müqavilə ABŞ-ın Ukrayna döyüş meydanında Amerika qoşunlarını yerləşdirmədən Ukraynanın müdafiə və çəkindirmə qabiliyyətini gücləndirmək əzmini nümayiş etdirmək məqsədi daşıyır.

Razılaşmaya Ukraynanın islahat öhdəliyi və ABŞ tərəfindən verilən silahların son istifadəsinə nəzarəti nəzərdə tutur.

Bu, Baydenin bir neçə gün ərzində Zelenski ilə ikinci görüşü olacaq. Hər iki lider ötən həftə Parisdə D-Day gününün 80 illik mərasimi çərçivəsində görüşüb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG