Accessibility links

G7 liderlərinin zirvə görüşü- Rusiya, Çinin ticarət təcrübələri, süni intellekt diqqət mərkəzində


Böyük Yedilər qrupunun liderləri sammitin cümə günü ikinci günündə Çinin qlobal iqtisadiyyata yaratdığı iqtisadi təhlükəsizlik təhdidləri, o cümlədən elektrik avtomobillərin həddindən artıq istehsalı, Rusiyanın döyüş maşınına dəstək və inkişaf etməkdə olan ölkələrdə ticarət və investisiya praktikalarına qarşı vahid mövqe nümayiş etdirməyi hədəfləyir.

ABŞ prezidenti Co Biden G7 qrupunda həmkarlarını bu məsələlərdə maksimum təzyiq göstərməyə çağırır. Liderlər son bəyanatını verməyənə qədər qrupun nə qədər irəli gedəcəyi bəlli olmayacaq.

Bayden cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib ki, Çin Rusiyanı silah istehsal imkanları və texnologiyalarla təmin edir. "Yəni, əslində Rusiyaya kömək edir" - deyə, Bayden vurğulayıb.

Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi cümə günü prezidentlə birlikdə səfərdə olan jurnalistlərə bildirib ki, Pekinin Rusiya müdafiə sənayesi bazasına verdiyi dəstək təkcə Moskvanın Ukraynada müharibəsi baxımından deyil, həm də “Avropanın təhlükəsizliyinə uzunmüddətli təhlükə yarada biləcəyi” üçün mühüm məsələdir. Rəsmi bu açıqlamanı adının anonim qalması şərti ilə verib.

Ukraynaya dəstək

Dünyanın yeddi zəngin demokratik ölkələrindən ibarət qrup (G7) cümə axşamı Kyivin Rusiyanın Qərbin maliyyə qurumlarında dondurulmuş aktivlərindən əldə edilən faiz gəlirlərindən istifadə edərək, geri ödəniləcək kreditlərlə on milyardlarla dollarla təmin olunacağını açıqlayıb.

"İlin sonuna qədər Ukraynaya təxminən 50 milyard dollar məbləğində əlavə maliyyə dəstəyi vermək üçün siyasi razılığa gəldik" - deyə, sammitə ev sahibliyi edən İtaliyanın Baş naziri Giorgia Meloni bildirib.

Bu elan Böyük Yeddilər qrupunun İtaliyanın Puqliya şəhərində Borgo Eqnazia kurortunda keçirilən sammitinin ilk günü verilib.

Razılaşma ABŞ prezidenti Co Baydenin qələbəsi hesab olunur. O artıq bir müddətdir G7 ölkələrinin liderlərini Moskvanın hərbi təcavüzünə qarşı mübarizədə Ukraynaya kömək məqsədilə onun maliyyələşdirmə planına razı salmağa çalışırdı.

G7 sövdələşməsi "[Rusiya prezidenti Vladimir] Putinə bizim geri çəkilmədiyimizə dair daha bir xatırlatmadır", Bayden cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib. "Əslində biz onun qanunsuz təcavüzünə qarşı birlikdəyik", Bayden deyib.

Rusiyanın təxminən 280 milyard dollar dəyərində aktivləri Qərbin maliyyə qurumlarında dondurulub. Həmin vəsaitlərin ildə ən azı 3 milyard dollar faiz gəlirləri əldə edəcəyi gözlənilir. 50 milyard dollarlıq kredit bu gəlirlərlə birlikdə 10 il və ya daha çox müddətdə, yaxud kredit ödənilənə və ya Rusiya təzminat ödəyənə qədər ödəniləcək.

Yüksək səviyyəli bir administrasiya rəsmisi cümə axşamı Baydenlə birlikdə səfər edən jurnalistlərə bildirib ki, ABŞ G7 üzvləri ilə "kredit sindikatının" bir hissəsi olmayacaq.

G7-nin digər ölkələrinin də Ukraynaya nə qədər yardım göstərmək istədiklərini açıqlamaları gözlənilir.

"Maliyyə nazirləri hazırda detalları - məsələn, əsas mənbədən əlavə tələb olunan ehtiyat maliyyə mənbələrini - nəzərdən keçirir və bunu mümkün qədər tez aydınlaşdırır", Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen deyib.

Roma Papası süni intellektə diqqət yetirir

G7 liderləri Yaponiyada son sammitdə Hiroşima çərçivəsi adlanan razılaşdırılmış prinsipləri genişləndirərək süni intellekt (AI) və süni zəka etikasına dair müzakirələrini davam etdiriblər.

Keçən il süni intellekt tərəfindən yaradılmış fotolarda bahalı dizayner gödəkçəsi geydiyi, motosiklet sürdüyü, döyüş təyyarəsi ilə uçduğu, gecə klubunda DJlik etdiyi və digər uyğun olmayan mühitlərdə göstərilən Roma Papası Fransis süni intellekt etikasını təbliğ etmək üçün G7 liderlərinin müttəfiqidir.

Meloni Fransisin təşəbbüsü olan - Roma süni intellekt Çağırışı Etikasını dəstəkləməyə çalışır. Bu təşəbbüs hökumətlər, qurumlar və biznesləri “rəqəmsal innovasiyaların və texnoloji tərəqqinin onların tədricən əvəzlənməsi deyil, insan dühası və yaradıcılığına xidmət edəcəyi bir gələcək yaratmağa” çağırır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG