Accessibility links

Polis Detroyt yaxınlığındakı akvaparkda atışma ilə bağlı araşdırma aparır: 9 nəfər yaralanıb


Şənbə günü axşam Detroyt yaxınlığındakı su parkında silahlı insident baş verib. Bir kişi iki uşaq da daxil olmaqla, doqquz nəfəri odlu silahla yaralayıb, sonra onu təqib edən polislər tərəfindən mühasirəyə alındıqda özünü güllələyib.

Başından güllə yarası alan səkkiz yaşlı uşağın vəziyyəti ağırdır. Onun dörd yaşlı qardaşı da yaralanıb, lakin onun vəziyyəti stabildir.

Oakland dairəsinin şerifi Maykl Buşard jurnalistlərə bildirib ki, onların anasının da vəziyyəti ağırdır, o, qarnından və ayağından güllə yarası alıb.

Buşard mətbuat konfransında bildirib ki, şübhəli şəxs Miçiqan ştatının Rochester Hills şəhərindəki Brooklands Plaza Splash Pad qarşısında avtomobilindən çıxıb və Glock 9 mm yarı avtomatik tapançadan təxminən 30 güllə atıb, silahını bir neçə dəfə yenidən doldurub.

Yerli rəsmilər deyib ki, şübhəlinin daha sonra gizləndiyi və mühasirəyə alındığı evdə tapança və yarı-avtomat tüfəng tapılıb. Şübhəlinin 42 yaşında olduğu bildirilir. Onun hərəkətlərinin motivləri araşdırılır.

Forum

XS
SM
MD
LG