Accessibility links

Rusiya və İran Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı müzakirə aparıb


İqor Xovayev və Əli Bağıri Kani (Foto İRNA Agentliyinindir)
İqor Xovayev və Əli Bağıri Kani (Foto İRNA Agentliyinindir)

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Tehranda İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Bağıri Kani ilə danışıqlar aparıb.

İRNA agentliynin məlumatına görə, Bağıri Qafqaz regionunda münaqişələrin "regiondan kənar qüvvələrin müdaxiləsi olmadan" dinc yolla həlli zərurətini qeyd edib.

"Bunun üçün Tehran və Moskva arasında strateji koordinasiyaya və daimi məsləhətləşmələrə, regionun problemlərinin həlli üçün 3+3 mexanizmindən maksimum istifadə etməyə ehtiyac var", İRNA Agentliyi Bağıridən sitat gətirib.

Onun sözlərinə görə, Qafqaz regionu "İran və Rusiyanın milli təhlükəsizliyi və maraqları bölgəsidir".

Öz növbəsində, Rusiya nümayəndəsi ölkəsinin Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması üzrə səylərindən və Qafqaz regionundakı proseslər haqqında iki ölkənin birgə strateji mövqeyi ilə bağlı Rusiyanın düşüncələrindən danışıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG