Accessibility links

Bayden və Stoltenberq alyansın Ukraynaya yardımını müzakirə edib


Bayden və Stoltenberq alyansın Ukraynaya yardımını müzakirə edib
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Bayden və Stoltenberq alyansın Ukraynaya yardımını müzakirə edib

ABŞ prezidenti Co Bayden yeni genişlənmiş təhlükəsizlik alyansının Vaşinqtonda iyul ayında sammiti ərəfəsində bazar ertəsi NATO baş katibi Yens Stoltenberqi qəbul edib. Bayden və Stoltenberq “Ukraynaya uzunmüddətli perspektivdə proqnozlaşdırıla bilən dəstəyin” necə təmin edilməsi məsələsini müzakirə ediblər.

NATO 75 illiyinin tamam olduğu zaman əvvəlki nailiyyətləri ilə kifayətlənmir. NATO baş katibi Yens Stoltenberq təhlükəsizlik alyansının iyulda Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizəsinə dəstək yollarının nəzərdən keçiriləcəyi sammitinə hazırlıq məqsədilə bazar ertəsi Vaşinqtona səfər edib.

Prezident Co Bayden alyansı yüksək qiymətləndirib və “rekord sayda” üzvlərin NATO-nun ÜDM-nin (ümumdaxili məhsul) ən azı 2 faizini müdafiəyə xərcləmək öhdəliyini yerinə yetirdiyini bildirib.

ABŞ prezidenti Co Bayden: “NATO 75 il əvvəl yaradılıb və ... Düşünürəm ki, o zaman öyrəndiyimiz və birlikdə müdafiə etmək və təcavüzün qarşısını almaq üçün birlikdə dayanmaq haqqında öyrəndiyimiz dərslər mühüm olub. Və sizin rəhbərliyiniz altında biz NATO-nu hər zaman olduğundan daha böyük, daha güclü və daha birləşmiş etdik.”.

Stoltenberq daha öncə deyib ki, NATO müttəfiqləri Ukraynaya “görünməmiş” dəstək verirlər. O bunun gələcəkdə azı 45 milyard dollar (40 milyard avro) olacağını bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq: “[Qarşıdan gələn NATO sammitində] digər liderlərin NATO-nun Ukraynaya təhlükəsizlik və təlim yardımının əlaqələndirilməsi və təmin edilməsində rəhbərlik etməsi ilə razılaşacağını gözləyirəm. Buna görə də mən hər il yeni maliyyələşmə ilə uzunmüddətli maliyyə öhdəliyi təklif etmişəm. Bizim uzunmüddətli dəstəyimiz nə qədər etibarlı olsa, Moskva bizim vaxtımızı tükətməyi bilməyəcəyini bir o qədər tez başa düşəcək və bu müharibə bir o qədər tez bitəcək. Bu, paradoks kimi görünə bilər, lakin sülhə gedən yol Ukrayna üçün daha çox silah deməkdir”.

Təhlilçilər deyirlər ki, bu müzakirələr qarşıdan gələn sammitin gündəliyini müəyyən edir.

Brukinqs İnstitutunun təhlilçisi Dan Hamilton: “Əsas məsələlər hələ də ittifaqın son bir neçə həftə ərzində verdiyi dəstək vədlərindən sonra Ukraynaya nə deməsi ilə bağlıdır. Gələcəkdə NATO-Ukrayna münasibətlərinin xarakteri necə olacaq? NATO Ukraynaya hərbi yardım və hərbi təlimlərin koordinasiyasını ABŞ-dan qəbul edir. Bu, hazırda baş verən mühüm addımdır”.

Keçən həftə Ukrayna prezidenti ABŞ ilə 10 illik təhlükəsizlik sazişini yüksək qiymətləndirərək bildirib ki, bu, Ukraynanın ən çox istədiyi NATO üzvlüyünə yol açır.

Ukrayna prezidenti Volodimir Zelenski: “NATO məsələsi sazişin mətnində əksini tapıb. Orada deyilir ki, Amerika Ukraynanın gələcək NATO üzvlüyünü dəstəkləyir və bizim təhlükəsizlik sazişimizin Ukraynanın NATO-ya üzvlüyünə körpü olduğunu qəbul edir”.

Bu körpünün uzun ola biləcəyini deyən Hamilton digər ölkələrin də Ukrayna qarşısında ikitərəfli öhdəliklər götürdüyünü qeyd edib.

Brukinqs İnstitutunun təhlilçisi Dan Hamilton: “Onlardan bəziləri əsasən qarşılıqlı müdafiə vəd edir. Digərləri daha uzun müddətə hərbi dəstək vəd edir. Beləliklə, təkrar edirəm, ukraynalılar bu dəstəyə arxalana bilərlər”.

Həmiltonun sözlərinə görə, müharibənin necə bitəcəyi, eləcə də Şimali Atlantikadan kənarda təhdidlərin olduğunun dərk edilməsi NATO-nun diqqət mərkəzindədir. Bu, Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya liderlərinin Vaşinqtonda iyulun 9-da başlayacaq sammitdə iştirak etmək planlarında əks olunub.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG