Accessibility links

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Şoyqunun həbsinə order verib


Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın keçmiş müdafiə naziri Serqey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun həbsinə order verib.

BCM çərşənbə axşamı bildirib ki, "hər iki şübhəli şəxsin Rusiya silahlı qüvvələri tərəfindən 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirdiyi raket zərbələrinə görə məsuliyyət daşıdığına inanmaq üçün ağlabatan əsaslar var".

Məhkəmə Rusiyanın Ukraynanın elektrik stansiyalarına və yarımstansiyalarına zərbələr endirməsini əsas gətirib.

BCM-nin bəyanatında deyilir ki, Şoyqu və Gerasimov mülki hədəflərə hücumların istiqamətləndirilməsinə və mülki şəxslərə həddindən artıq zərər vurulmasına görə məsuliyyət daşıdığı iddia edilir. Bunlaraın hər ikisi müharibə cinayəti sayılır.

Rusiya prezidenti Vladimir Putin may ayında yeni prezidentlik müddətinə başlaması ilə əlaqədar kabinetdəki dəyişikliklərin bir hissəsi olaraq Şoyqunu müdafiə naziri kimi vəzifəsində əvəz edib.

Rusiya rəsmiləri bazar ertəsi bildiriblər ki, Ukrayna ölkə sərhədinə yaxın iki bölgəyə gecə ərzində hücumlarda 30 pilotsuz təyyarədən istifadə edib.

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində 29, Voronej üzərində isə daha bir dron vurduğunu xəbər verib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, vurulan pilotsuz təyyarələrdən düşən hissələrin bir neçə nəfərin yaralanmasına və binaların zədələnməsinə səbəbə olub.

Sərhədin o biri tərəfində və Rusiya qüvvələrinin son aylarda hücumlarda mövqelərini gücləndirdiyi Ukraynanın Xarkiv vilayətinə yaxın ərazidə yerləşən Belqorod Ukraynanın hava tez-tez hücumlarının hədəfinə çevrilir.

Voronejdə qubernator Aleksandr Qusev vurulan pilotsuz təyyarənin sənaye obyektində yanğına səbəb olduğunu bildirib. Qusev xəsarət alanın olmadığını deyib.

Forum

XS
SM
MD
LG