Accessibility links

Ərdəbildə uşaqlar üçün ‘Axmaq Tülkü’ adlı türkcə musiqili tamaşa səhnəyə qoyulub


Axmaq Tülkü musiqili tamaşanın premyerası (Mənbə: Instagram)
Axmaq Tülkü musiqili tamaşanın premyerası (Mənbə: Instagram)

Ərdəbil vilayətinin Muğan bölgəsində uşaqlar üçün hazırlanmış Axmaq Tülkü adlı türkcə musiqili tamaşa bazar ertəsi günündən səhnəyə çıxarılıb.

Rejissorları Məhəmməd Paşapur və Vahid Firuzi olan tamaşa Muğanın Parsabad şəhərinin ‘İnqilab Sineması’nda dörd gün nümayiş etdiriləcək.

Sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən, bazar ertəsi günü premyerası keçirilən musiqili tamaşa ilk günündə Muğan bölgəsinin sənətsevərləri, eləcə də ailələr tərəfindən rəğbətlə qarşılanıb.

Axmaq Türlkü tamaşası (Musiqilinin Instagram səhifəsində paylaşılan videonun ekran görüntüsü)
Axmaq Türlkü tamaşası (Musiqilinin Instagram səhifəsində paylaşılan videonun ekran görüntüsü)

Musiqili tamaşanın təqdimat mərasimi tanınmış yazar və ədəbiyyat tənqidçisi Himmət Şahbazi tərəfindən açılıb.

Son təqribən 15 ildə Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlər başda olmaqla İran Azərbaycanında türk dilində tamaşaların səhnəyə qoyulması əhali arasında teatr sənətinə geniş rəğbət qazandırıb.

Forum

XS
SM
MD
LG