Accessibility links

Vəhşi heyvanların qanunsuz ticarəti ABŞ üçün böyük problemə çevrilib


Vəhşi heyvanların qanunsuz ticarəti ABŞ üçün böyük problemə çevrilib
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Vəhşi heyvanların qanunsuz ticarəti ABŞ üçün böyük problemə çevrilib

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin bildirdiyinə görə, qeyri-qanuni vəhşi təbiət alverindən ildə təxminən 23 milyard dollar gəlir əldə edilir. Los-Ancelesdə açılan yeni sərgi vəhşi heyvanların qeyri-qanuni alveri təcrübəsinə işıq salmağa çalışır.

Böyüdükdən sonra vanna otağına sığmayan Flaffi Kaliforniyanın Silmar şəhərindəki Vəhşi Təbiəti Öyrənilmə Mərkəzinə gətirilib.

Kaliforniyada ekzotik heyvanları, o cümlədən alliqatorları evdə ev heyvanı kimi saxlamaq qanuna zidd olduğu üçün onun sahibləri cinayət məsuliyyətinə cəlb oluna bilər.

David Riherd Fluffi və tərk edilmiş bəzi ekzotik heyvanların hazırda yaşadığı tədris mərkəzinin həmtəsisçisidir. "Bu, kiminsə ev heyvanı kimi sahib olduğu Amerika timsahıdır. Onu vanna otağında saxlayıblar, sonra isə öz istəkləri ilə buraxıblar."

2005-ci ildə Reggi Los Angeles sularında göründüyü zaman manşetlərə çıxıb. Onu Los Anceles heyvanxanasına çatdırmaq 18 ay çəkib. Keçmiş sahibləri onu qara bazardan almışdı.

“Heyvanxanalar və Akvariumlar Birliyi”ndən Sara Uoker ekzotik heyvanları qara bazarda əldə etməyin asan olduğunu deyir. "Vəhşi təbiət müfəttişləri Birləşmiş Ştatlarda gündə 27 vəhşi təbiət heyvanı ələ keçirir. Onlar bəzən poçtla, bəzən təyyarələrdə, yüklərdə və ya sərnişinlər tərəfindən qaçaqmalçılıq yolu ilə keçirilir. İstər inanın, istərsə də inanmayın, insanlar quşları, tısbağaları və hər cür heyvanı sözün əsl mənasında skoçla bədənlərinə sarıyaraq keçirir."

Qərb sahilində əsas hava qapısı olan Los Ancelesin hava limanının rəsmiləri çox sayda ekzotik heyvan aşkar edir. Buna görə də təbiəti qoruyanlar burada vəhşi təbiət alverinə həsr olunmuş sərgi açmaq qərarına gəlib. Sara Uolker: "Bu, ABŞ-da dördüncü sərgimizdir. Los Anceles bizim üçün əsas yerdir, çünki bu, çox məşğul bir limandır. Gündə qaçaqmalçılıq yolu ilə çox sayda diri heyvan və heyvan məhsulları gətirilir."

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, vəhşi təbiət alveri brakonyerlərə və insan alverçilərinə ildə təxminən 23 milyard dollar gəlir gətirir. Riherd deyir ki, ən böyük qazanc quşlardan əldə edilir. "Quşların bəzi növləri çox bahalı ola bilər, məsələn, tukanlar və nəsli kəsilməkdə olan müxtəlif növ tutuquşular... Bunlar böyük qiymət etiketi ilə gəlir. Bəzi ekzotik pişiklər, hətta pələnglər belə düşündüyünüz qədər bahalı deyil."

Son araşdırmaya görə, faciə qaçaqmalçılıq yolu ilə gətirilən ekzotik ev heyvanlarının təqribən 70 faizinin hələ bazara çatmamış ölməsidir. Xilas edilənlər isə çox vaxt onlara necə qulluq edəcəklərini bilməyən sığınacaqlara düşür.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG