Accessibility links

Milli fəal Hadi Şərifinəsəb müvəqqəti olaraq azadlığa buraxılıb


Məhəmməd Hadi Şərifinəsəb
Məhəmməd Hadi Şərifinəsəb

Azərbaycanlı milli fəal və politologiya tələbəsi Məhəmməd Hadi Şərifinəsəb, 800 milyon tümən girov müqabilində iyunun 29-da müvəqqəti azadlığa buraxılıb.

Bu barədə AZOH Telegram kanalı məlumat yayıb.

Bu azərbaycanlı gənc iyunun 2-də təhlükəsizlik qüvvələri tərəfindən Tehran vilayətinin Baharistan şəhərində həbs edilərək Evin həbsxanasına köçürülüb. Bölgədəki hüquq müdafiəçiləri onun dindirilmə zamanı döyüldüyünü və işgəncələrə məruz qaldığını bildiriblər.

Təxminən iki həftə müddətinə sorğu-suala çəkildikdən sonra o, Fəşafuyə həbsxanasına (Böyük Tehran Həbsxanası) köçürülüb. Nəhayət, Tehranda təhlükəsizlik qüvvələri tərəfindən bir aylıq həbs və sorğu-sualdan sonra o, məhkəmə prosesi başa çatana və məhkəmənin yekun hökmü çıxana qədər müvəqqəti olaraq zaminə buraxılıb.

Onunla eyni vaxtda həbs edilən digər azərbaycanlı fəal Məhəmməd Əbdinin durumu ilə bağlı hələ ki, məlumat yoxdur.

Günaz TV bu ictimai fəala qarşı “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə ictimai rəyi çaşdırmaq” və “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” kimi ittihamların irəli sürüldüyünü qeyd edib.

Şərifinəsəbin Urmiyə gölünün böhranlı vəziyyətinə etiraz olaraq başladılan və bu ətraf mühit problemi barədə maarifləndirmə fəaliyyəti olan “Urmu Araz üçün birlik” kampaniyasına dəstək verdiyi bildirilir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG