Accessibility links

Mənbə: HƏMAS ABŞ-ın israilli girovlarla bağlı danışıq təklifini qəbul edib


Xan Yunis, Qəzza zolağı. 4 iyul, 2024.
Xan Yunis, Qəzza zolağı. 4 iyul, 2024.

HƏMAS Qəzza müharibəsinə son qoymağa yönəlmiş razılığın ilk mərhələsindən 16 gün sonra ABŞ-ın israilli girovları, o cümlədən əsgərləri və kişiləri azad etməklə bağlı danışıqlara başlamaq təklifini qəbul edib. Bu barədə HƏMAS mənbəsi şənbə günü Reuter-ə xəbər verib.

Mənbə adının anonim qalması şərtilə Reuters-ə deyib ki, militant İslamçı qrup razılığı imzaladan öncə İsrailin birinci daimi atəşkəsə söz verməsinə dair tələbini qaldırıb və buna altı həftəlik birinci mərhələ ərzində aparılan danışıqlar vasitəsilə nail olmağa imkan verəcək.

Beynəlxalq vasitəçilərin apardığı sülh səylərinə yaxın fələstin rəsmi deyib ki, təklif İsrail tərəfindən qəbul edilsə, çərçivə sazişinə gətirib çıxara və Qəzzada İsraillə HƏMAS arasında doqquz aydır davam edən müharibəyə son qoya bilər.

İsrailin danışıqlarda iştirak edən nümayəndə heyətindən bir mənbə, adının anonim qalması şərtilə deyib ki, indi razılıq əldə etmək üçün real şans car. Bu, isə doqquz aydır Qəzzada davam edən müharibədə bir yenilikdir. Belə ki, İsrail daha öncə HƏMAS-ın şərtlərinin qəbuledilməz olduğunu bildirirdi.

İsrail Baş naziri Benyamin Netanyahunun sözçüsü şənbə günü şərh istəyinə dərhal cavab verməyib. Cümə günü isə onun ofisi bildirib ki, danışıqlar gələn həftə davam edəcək və qeyd edib, tərəflər arasında hələ də boşluqlar qalır.

HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubundakı şəhərlərə hücum edərək, İsrailin bildirdiyinə görə, 1200 nəfəri öldürüb, 250 nəfəri girov almasından sonra başlayan münaqişə nəticəsində, Qəzza səhiyyə nazirliyinin məlumatına görə, 38 mindən çox fələstinli həlak olub.

Həmas mənbəsi bildirib ki, dolayı danışıqlar razılaşmanın ikinci mərhələsini həyata keçirməyə davam etdiyi müddətcə, yeni təklif vasitəçilərin müvəqqəti atəşkəsə, yardımın çatdırılmasına və İsrail qoşunlarının çıxarılmasına zəmanət verməsini təmin edir.

Son bir neçə gündə atəşkəs əldə etmək və girovların azad edilməsini təmin etmək üçün səylər intensivləşib. Belə ki, Vaşiqnton, İsrail və vaistəçilik səylərini HƏMAS rəhbərliyinin qərargahlandığı Dohadan aparan Qətər arasında aktiv diplomatiya aparılır.

Regional mənbə deyib ki, ABŞ administrasiyası noyabr ayında keçiriləcək prezident seçkisindən öncə razılıq əldə etmək üçün çox çalışır.

Netanyahu cümə günü bildirib ki, İsrailin Mossad kəşfiyyat agentliyinin başçısı Qətərdə vasitəçilərlər ilkin görüşdən geri dönüb və danışıqlar gələn həftə davam etdiriləcək.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG