Accessibility links

Jozef Borrel Macarıstan Baş nazirini Türk Dövlətləri Təşkilatının zirvə görüşündə iştirakına görə tənqid edib


Cozep Borrel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi
Cozep Borrel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (TDT) sammitində ittifaqı təmsil etmək mandatı almadığını bildirib. İyulun 5-də Viktor Orban sammitdə iştirak etmək üçün Azərbaycanın Şuşa şəhərinə gəlib.

“Viktor Orban Avropa İttifaqından onu Türk Dövlətləri Təşkilatının sammitində təmsil etmək üçün mandat almayıb. Avropa Ittıfaqı Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”, Borrell X yazıb.

Türk Dövlətləri Təşkilatının Şuşada keçirlən zirvə görüşündə çıxış edən Macarıstanın Baş naziri bu təşkilatı "Qərb və Şərq arasında əməkdaşlıq üçün çox mühüm təşkilat” kimi gördüyünü bildirib. O, həmçinin “regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə” görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Cənab Orban belə bir fürsətin Avropada “mümkün qədər tez” yaranacağına ümid etdiyini bildirib.

İyulun 5-6-da Şuşa şəhərində TDT dövlət başçılarının sammiti keçirilib. Sammitin nəticəsi olaraq, iştirakçı ölkələr arasında digər məsələlərlə yanaşı, enerji və ticarət əlaqələrini quran Qarabağ Bəyannaməsi imzalanıb.

TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan müşahidəçi üzv kimi çıxış edir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG