Accessibility links

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü olub


Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.

Prezident İlham Əliyev bildirib ki, Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanın azad edilmiş torpaqlarına səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər edib.

Əliyev hesab edir ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu təşkilatın nəzərdə tutduğu hədəflərin reallaşdırılması üçün yetərli deyil.

“Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb”.

Azərbaycan Prezidenti deyib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biridir.

“Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”, o qeyd edib.

Azərbaycan Prezidenti bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsini iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addım kimi dəyərləndirib.

“Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.

Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir”, Əliyev qeyd edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğulayıb ki, Azərbaycan Qazaxıstanla sıx əməkdaşlıq edir: "Artıq ikitərəfli dəmir yolu administrasiyalarının inteqrasiyası başa çatıb. Bunun sayəsində ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65 faiz və ya təxminən 3 milyon ton artıb. Bundan başqa, Aktau dəniz limanındakı habın imkanları daşınan konteynerlərin sayını 300 minə çatdırmağa imkan verir. Bu dəniz limanı Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrindən gəmiləri qəbul edir”.

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi imzalanıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG