Accessibility links

Ərdəbildə siyasi fəal Afşar Muhib təhlükəsizlik orqanlarının basqısı ilə işdən çıxarıldığını bildirib


Afşar Muhib, siyasi fəal (Mənbə: Abbas Lisani Telegram kanalı)
Afşar Muhib, siyasi fəal (Mənbə: Abbas Lisani Telegram kanalı)

Ərdəbil sakini siyasi fəal Afşar Muhib öz sosial media hesabında İranın təhlükəsizlik orqanlarının göstərişi ilə işdən çıxarıldığına dair məlumat yayıb.

Abbas Lisani Telegram kanalı və İran Wire xəbər saytı kimi mənbələr Nəmin şəhərində Arta Sənaye Qrupunda çalışan Muhibin işdən çıxarılmasının son vaxtlar təşkil olunan işçi aksiyaları ilə əlaqədar olduğunu bildiriblər.

“Türk fəal Afşar Muhib şənbə günü öz İnstagram hesabında yazıb ki, 17 il fabrikdə çalışdıqdan sonra mən də başqa aktivistlər kimi saxta və yalan ittihamlar ilə işdən qovuldum. Mübarizəyə davam edəcəyəm,” İran Wire saytı yazıb.

Nəmin şəhərində Arta Sənaye Qrupunun işçiləri iyun ayının 18-də şirkətin ofisindən Nəmin şəhər icra hakimiyyətinin binasına doğru yürüş ediblər. İşçilərin üç ay maaş almadıqları səbəbilə aksiya keçirdiyi bildirilmişdi.

Siyasi fəalın həmin aksiyaya qatıldığı üçün təzyiqlərə məruz qaldığı bildirilir.

Afşar Muhib göstərdiyi mədəni və siyasi fəaliyyətlərinə görə əvvəllər də İranın məhkəmə və təhlükəsizlik orqanlarının təzyiq və təhdidlərinə məruz qalıb.

Forum

XS
SM
MD
LG