Accessibility links

Çin lideri dünya güclərini Rusiya və Ukraynaya birbaşa dialoqun bərpasına yardım etməyə çağırıb


Çin prezidenti Si Cinpin və Macarıstanın Baş naziri Viktor Orban
Çin prezidenti Si Cinpin və Macarıstanın Baş naziri Viktor Orban

Çin prezidenti Si Cinpin bazar ertəsi Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı dünya güclərini Rusiya və Ukrayna arasında birbaşa dialoqun bərpasına yardım etməyə çağırıb.

Orban iki ildən çox davam edən müharibənin sülh yolu ilə həlli perspektivlərinin müzakirəsi üçün keçən həftə Rusiya və Ukraynaya səfərlərdən sonra Çinə gözlənilməz səfər edib. Macarıstan bu ay Avropa İttifaqının sədrliyini üzərinə götürüb və Orban o vaxtdan bəri sülh missiyasına başlayıb. Lakin onun səyləri digər Avropa liderlərinin dəstəyindən məhrumdur.

“Çin Rusiya-Ukrayna müharibəsində sülh üçün şərait yaradan əsas gücdür. Buna görə də mən Budapeştə rəsmi səfərindən iki ay sonra prezident Şi ilə Pekində görüşə gəldim” - deyə, Orban sosial media platforması X-da yazıb.

Orban Avropa liderləri arasında Şi və Rusiya prezidenti Vladimir Putinlə ən isti münasibətlərə malikdir. Onun ötən həftə Moskvaya səfəri Kyiv və Aİ rəsmiləri tərəfindən qınaqla qarşılanıb və onlar Orbanın bütün Avropa bloku adından hərəkət etmədiyini təkid ediblər. Onların qınağı Orbanı Pekinə səfərindən çəkindirə bilməyib.

Şi ilə görüşü zamanı Orban Çini qlobal çaxnaşma şəraitində sabitləşdirici qüvvə kimi təsvir edib və onun “konstruktiv və mühüm” sülh təşəbbüslərini yüksək qiymətləndirib.

Çin may ayında Braziliya ilə altı bənddən ibarət sülh planını irəli sürür. Pekin münaqişədə neytral olduğunu deyir, baxmayaraq ki, praktikada tez-tez dövlət səfərləri, artan ticarət və birgə hərbi təlimlər vasitəsilə Moskvanı dəstəkləyir.

Orbanı qəbul edərkən Şi Rusiya və Ukraynanı atəşi dayandırmağa, digər böyük gücləri isə danışıqlar üçün əlverişli mühit yaratmağa çağırıb.

Orban Çin liderini cəmi iki ay əvvəl Macarıstanda üç ölkəni əhatə edən Avropa turunun bir hissəsi olaraq qəbul edib. Onun səfərinə Aİ və ya NATO üzvü olmayan Fransa və Serbiya da daxil olub.

Səfər zamanı Çin Macarıstanla əlaqələrini “hər cür şəraitdə, hərtərəfli strateji tərəfdaşlığa” yüksəldib ki, bu da Macarıstandan əlavə yalnız Belarus, Pakistan və Venesuelaya aid olan xarici əlaqələr üçün ən yüksək təyinatlarından biridir.

Orbanın rəhbərliyi altında Macarıstan Çinlə əhəmiyyətli siyasi və iqtisadi əlaqələr qurub. Avropa ölkəsi bir sıra Çin elektrik avtomobiləri üçünl akkumulyator qurğularının istehsalına ev sahibliyi edir və dekabr ayında Çinin EV istehsal edən nəhəngi BYD-nin ölkənin cənubunda ilk Avropa EV istehsal fabrikini açacağını elan edib.

Macarıstanın Baş naziri Qərbin Ukraynaya hərbi yardımına geniş şəkildə qarşıdır və Aİ-nin Kyivə yardım və UKraynaya müdaxiləsinə görə Moskvaya sanksiyalar tətbiq etmək səylərini əngəlləyib və gecikdirib.
Orban uzun müddətdir ki, Ukraynada hərbi əməliyyatların dayandırılmasını müdafiə edir, lakin bunun ölkənin ərazi bütövlüyü və ya gələcək təhlükəsizliyi üçün nə demək ola biləcəyini açıqlamayıb.

Keçən həftə Moskvada Orbanla yanaşı dayanan Putin bəyan edib ki, Rusiya Ukraynaya “itkilərini qaytarmağa, yenidən qruplaşmaya və silahlanmaya” imkan verəcək heç bir atəşkəs və ya hərbi əməliyyatların müvəqqəti dayandırılmasını qəbul etməyəcək.

Putin istənilən perspektiv sülh danışıqları üçün şərt kimi Ukraynanın Moskvanın 2022-ci ildə ilhaq etdiyini iddia etdiyi dörd bölgədən qoşunlarını çıxarması tələbini təkrarlayıb. Ukrayna və onun Qərb müttəfiqləri bu tələbi rədd edərək, bunun Kyivdən öz ərazisindən çəkilməsi istəyi adlandırıb.

Həftə sonu Çin Polşa ilə sərhəd yaxınlığında Rusiyanın əsas müttəfiqi olan Belarusla “antiterror” hərbi təlimləri keçirib. Təlimlər keçən həftə Belarusun Çin və Rusiyanın rəhbərlik etdiyi regional təhlükəsizlik təşkilatına qoşulmasından sonra keçirilib.

Orbanın növbəti səfəri NATO liderlərinin Ukraynanı alyansın davamlı dəstəyinə əmin etməyin yollarını müzakirə etmək üçün sammit keçirəcəkləri Vaşinqtona olacaq.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG