Accessibility links

Tarixi məhbus mübadiləsi ilə Rusiyada saxlanılan amerikalılar azad edildi


Tarixi məhbus mübadiləsi ilə Rusiyada saxlanılan amerikalılar azad edildi
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Tarixi məhbus mübadiləsi ilə Rusiyada saxlanılan amerikalılar azad edildi

Tarixi məhbus mübadiləsinə əsasən, Pol Uilan, Alsu Kurmaşeva və Evan Gerşkoviç də daxil olmaqla, amerikalılar Rusiya həbsxanalarından azad ediliblər. Mübadilə 16 siyasi məhbusun Kreml tərəfindən tələb edilən səkkiz nəfərlə dəyişdirilməsini əhatə edir.

Təyyarə cümə axşamı Türkiyədə Ankarada endi. Bu, Soyuq müharibədən bəri görünməmiş bir mübadilədir.

Prezident Co Bayden: “Bu gün biz Pol, Evan, Alsu və Vladimiri evə gətiririk: üç Amerika vətəndaşı, Amerikanın bir yaşıl kart sahibi. Onların dördü də Rusiyada haqsız yerə həbs edilmişdi”.

Rusiya həbsxanalarından evə göndərilənlər arasında jurnalistlər Evan Gerşkoviç, Alsu Kurmaşeva və keçmiş ABŞ dəniz piyadası Pol Uilan, həmçinin Pulitzer mükafatlı laureatı Vladimir Kara-Murza da var.

Ümumilikdə, aylarla davam edən danışıqlar nəticəsində ABŞ, Almaniya, Polşa, Norveç və Sloveniyada saxlanılan səkkiz rusiyalının müqabilində haqsız yerə həbs edilmiş beş Almaniya və yeddi Rusiya vətəndaşı da daxil olmaqla, 16 nəfərin azad edilməsi təmin edilib.

Prezident Co Bayden haqsız yerə həbs edilən amerikalıların ailə üzvlərinin əhatəsində çıxışında razılaşmanın “diplomatiya və dostluğun nailiyyəti” olduğunu bildirib.

Prezident Co Bayden: “Bir çox ölkə bunun həyata keçirilməsinə kömək etdi. Onlar mənim xahişimlə çətin, mürəkkəb danışıqlara qoşuldular və mən şəxsən onların hamısına bir daha təşəkkür edirəm”.

Moskvanın siyahısında Almaniyada həbsdə olan qatil Vadim Krasikov ön yerdə idi.

Uilan mübadilə edilənlər arasında ən uzun müddət saxlanılan amerikalıdır. 2018-ci ildə Moskvada həbs olunan veteran 16 illik həbs cəzasını çəkirdi.

Onun özü və ABŞ ona qarşı irəli sürülən casusluq ittihamlarını qətiyyətlə rədd edir.

Wall Street Journal qəzetinin müxbiri Gerşkoviç də casusluq ittihamı ilə həbs edilmişdi. O bunu qəti şəkildə rədd edir. Qəzetin Moskva müxbiri 490 gün həbsdə qalmışdı.

Kurmaşeva isə təxminən 10 aya yaxın həbsxanada idi. O, Praqada yerləşən Azad Avropa/Azadlıq Radiosunda redaktor işləyir.

Rusiya müstəqil radiostansiyanı “xarici agent” və “arzuolunmaz” adlandırıb ki, bu da ölkə qanunvericiliyinə görə, cinayət təqibi təhlükəsini artırır.

AzadlıqRadiosunun Xarici əlaqələr şöbəsinin rəhbəri Diana Zeleni:

“İşə götürdüyümüz jurnalistlərin çoxu üçün bu, çox risklidir və onlar həqiqətən də ön cəbhədədirlər və daim öz həyatlarını riskə atırlar”.

Azad edilənlərin ailələri və tərəfdarları sevinc hissi keçirirərkən, təhlilçilər deyirlər ki, Rusiyanın tənqidçiləri və medianı hədəf alması izləyiciləri müstəqil xəbər mənbələrindən məhrum edir.

Forum

XS
SM
MD
LG