Accessibility links

Zelenski F-16 qırıcılarının nəhayət Ukraynaya çatdırıldığını deyib


Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada adı açıqlanmayan yerdə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələrinin qarşısında dayanaraq medianın suallarını cavablandırır, 4 avqust 2024.
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada adı açıqlanmayan yerdə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələrinin qarşısında dayanaraq medianın suallarını cavablandırır, 4 avqust 2024.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Ukrayna pilotlarının daxili döyüş tapşırıqlarında F-16 qırıcı təyyarələrində uçuşlara başladığını bildirərək, Rusiyanın müdaxiləsindən 29 aydan çox vaxt keçdikdən sonra Amerika istehsalı olan qırıcıların çoxdan gözlənilən çatdırılmasını təsdiqləyib.

Ukrayna lideri iki təyyarənin havada uçduğu zaman daha iki təyyarənin çatdrıldığı hərbi hava bazasında pilotlarla görüşdə Kyivin uzun müddətdir çatdırılmasını istədiyi F-16 qırıcılarından istifadə ediləcəyini açıqlayıb.

“F-16-lar Ukraynadadır. Biz bunu etdik. Mən bu bu qırıcıları mənimsəyən və artıq onlardan ölkəmiz üçün istifadə etməyə başlayan gənclərimizlə fəxr edirəm”, Zelenski bildirib.

Qırıcı təyyarələrin aylarla gözləntidən sonra gəlişi onların sayı və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə və döyüş meydanına necə təsir edəcəyi bəlli olmasa da Ukrayna üçün mühüm məqamdır.

Rusiya onların yerləşdirilə biləcəyi bazalara zərbələr endirməyə çalışır.

Hava limanında jurnalistlərə açıqlama verən Zelenski Ukraynanın hələ də F-16 təyyarələrini idarə etmək üçün kifayət qədər təlim keçmiş pilotlarının və ya kifayət qədər təyyarənin olmadığını bildirib.

“Müsbət hal odur ki, biz daha çox F-16-ların gəlməsini gözləyirik... bir çoxları hazırda təlim keçir”, o deyib.

Zelenskinin sözlərinə görə, Kiyevin müttəfiqlərinin həm ukraynalı pilotlar, həm də mühəndis komandaları üçün təlim proqramlarını və imkanlarını genişləndirməsi yolları tapması vacibdir.

Amerika istehsalı olan F-16 qırıcıları NATO alyansı və dünyanın bir çox ölkələrinin hava qüvvələri tərəfindən 50 ildir cəbhə xəttində döyüşmək üçün üstünlük verdiyi əlamətdar döyüş təyyarəsidir.

F-16-lar xüsusilə də hava hücumundan müdafiəni təkmilləşdirməklə Ukraynanın hərbi gücünü artıracaq. Lakin təhlilçilər onların müharibənin gedişatını təkbaşına dəyişə bilməyəcəklərini bildirirlər.

Forum

XS
SM
MD
LG