Müxtəlif mənbələrin veridiyi məlumata görə, Banqladeş Baş naziri Şeyx Hasina bazar ertəsi istefa verərək ölkəni tərk edib. Liderin ölkədən qaçması həftələrlə davam edən qanlı etiraz aksiyalarından sonraya təsadüf edir.
Ordu generalı Vakir us-Zaman televiziya ilə xalqa müraciətində 76 yaşlı Hasinanın ölkəni tərk etdiyini və müvəqqəti hökumətin formalaşdırıldığını bildirib.
Medianın verdiyi xəbərlərə görə, Hasina hərbi helikopterdə bacısı ilə birlikdə Hindistanın sərhədyanı Qərbi Benqal bölgəsinə uçub. Başqa xəbərlərə görə, Şeyx Hasina Hindistanın şimal-şərqi Tripura bölgəsinə yollanıb.
Televiziyada yayımlanan görüntülərdə minlərlə insanın paytaxt Dhakada küçələrə axışaraq bayram etdikləri nümayiş etdirilir.
Minlərlə adam həmçinin Hasinanın rəsmi iqamətgahı olan Qanabhaban ətrafına toplaşaraq yumruqlarını qaldırdıqları və şüarlar səsləndirdikləri görünür.
Tələbə fəallar bazar ertəsi ölkə boyu tətbiq edilən kommendant saatını rədd edərək, paytaxt Dhakaya yürüş edəcəklərini elan etmişdilər. Onların yürüş qərarı bir gün öncə baş verən toqquşmalarada 100-dən çox adamın həlak olmasından verilmişdi.
Forum